Telia Sonera Peşəkarlar Proqramı 2012



2012 TeliaSonera Professional Programı üzrə müraciət müddəti 18 Dekabr, 2011 tarixində bitmişdir.

Müraciət ərizələri hal-hazırda İşə Qəbul bölümü tərəfindən dəyərləndirilir. Seçim prosesinə dəvət 11.01.2012 tarixindən etibarən başlayacaqdır. Seçim prosesinə dəvət alan namizədləri tapşırıqlar və üz-üzə müsahibə mərhələləri gözləyir. Seçim prosesinin nəticəri barədə məlumat yerləşdiriləcəkdir.

Ali təhsiliniz, iş təcrübəniz və yüksək motivasiyanız varmı?

O zaman telekom sənayesinin liderinə qoşulmaq şansını əldən verməmək üçün diqqətiniz bizdə olsun. Proqram çərçivəsində TeliaSonera Qrupunun üst səviyyə rəhbərləri və mütəxəssisləri seçilmiş namizədləri altı aylıq müddət ərzində telekommunikasiya sahəsi ilə yaxından tanış edəcəklər. Proqram 5 moduldan ibarət olan maraqlı mühazirələr, təhlil və müzakirələri özündə əks etdirir. Proses son dərəcə interaktiv olmaqla yanaşı, Sizə gələcək işinizdə lazımi bilik və bacarıqları tətbiq etmək üçün Telia Sonera fəaliyyətinə uyğun xüsusi işlədilmiş tapşırıqlar və biznes nümunələrini təqdim edir.

Proqramın əsas mövzuları:

  • TeliaSonera-nın təşkili və biznes mühiti
  • Biznes mühiti, texnologiyalar trendləri və dinamikası
  • Biznes anlayışı
  • Mədəniyyətlərarası ünsiyyət və təqdimat bacarıqları
  • Yekunlaşdırıcı tapşırıqlar

Modullar Telia Sonera-nın fəaliyyət göstərdiyi Stokholm, Helsinki, Tallin və İstanbul şəhərlərində keçiriləcəkdir.

Həvəsinizlə karyeranıza təkan verin- Gələcək vəzifəni seçmək üçün aşağıdakı linkləri seçin!

Korporativ Satış təmsilçisi (Satış)

Ətraflı məlumat üçün http://professionalprogram.teliasonera.com


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı
null