Onlayn Xidmətlər Daxil ol
Azərbaycan dilindəIn EnglishПо-русски
Azərbaycan dilindəIn EnglishПо-русски

Seçim prosesi

Seçim prosesi

Müraciət etdiyiniz sahədən asılı olaraq seçim prosesi fərqlənə bilər. Lakin bir məqam dəyişilməz qalır: Sizə bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün bir çox imkanlar təqdim olunacaq.

Bütün işə qəbul ərizələri internet üzərindən göndərilməlidir. Ərizələrin göndərilməsi haqqında təlimatı Siz bizim internet səhifəmizin “vakansiyalarımız” bölümündə tapa bilərsiniz.

  • Ərizə formanız qəbul edildikdə Siz avtomatik təsdiq məktubunu alacaqsınız.
  • İşə qəbul üzrə cavbdeh təmsilçimiz bütün ərizələri gözdən keçirdib müsahibəyə dəvət olunacaq namizədləri müəyyən edir. Ehtiyac olduğu təqdirdə işə qəbul ərizəsində göstərilən məlumatı dəqiqləşdirmək məqsədi ilə namizədlərlə telefon müsahibəsi də keçirilə bilər.
  • İşə qəbul üzrə cavabdeh təmsilçimiz namizədləri birinci müsahibəyə dəvət edib vəzifə üzrə tələb olunan yetkinlikləri yoxlayacaq. Bundan əlavə namizədlər İQ (məntiq) və funksional bilikləri yoxlayan testlərə də dəvət oluna bilərlər.
  • Ilkin müsahibədən uğurla keçən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar. Bu mərhələdə onlar vakansiya mövcüd olan şöbənin rəhbəri ilə görüşdə iştirak edəcək və onların funksional bilikləri bir daha dəqiqləşdiriləcəkdir.
  • Bütün müsahibələrdən uğurla keçən namizədlər iş təklifinə dəvət alacaqlar.

Biz yaxşı anlayırıq ki, bir vəzifə üçün uyğun bir neçə namizəd ola bilər. Məhz buna görə tövsiyə edirik ki, Siz müraciət etdiyiniz vəzifə üzrə seçilmədiyiniz halda vakansiyalarımızı izləməyə davam edəsiniz.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı