“Azercell” şirkətində 2011-ci il üçün nəzərdə tutulan illik təqaüd proqramı başa çatdı

309 nəfər tələbə təqaüdçü adını qazanmaq üçün keşməkeşli mübarizəyə başladılar. O ad ki, onlara 200 manat həcmində aylıq təqaüddən başqa, şirkətin bir hissəsinə çevrilmək, maraqlı biznes layihələrində və müxtəlif təlimlərdə iştirak etmək imkanı yaradır.

Birinci seçim mərhələsi ərizə formalarının nəzərdən keçirilməsindən ibarət idi. Ən yaxşı nəticə əldə edən və ən maraqlı inşa yazan tələbələr növbəti mərhələyə keçid almış hesab olunurdular. Onların sayı 153 idi. Onlar hamısı imtahanda iştirak etmək üçün şirkətin baş ofisinə dəvət almışdılar. İmtahan İQ testlərindən və ingilis dilində yazılmış inşadan ibarət idi.

 

Yüksək nəticə əldə etmiş tələbələr sonuncu seçim mərhələsinə buraxılmışdılar. Bu mərhələdə tələbələri “Azercell” şirkətinin müxtəlif şöbələrinin rəhbərləri ilə görüş gözləyirdi.

 

“Nəyə görə məhz Sizi seçməliyik?” Layihənin 30 nəfər finalçısı məhz bu suala cavab verməyə çalışdı. Bu qədər, zəkalı, maraqlı və uğurlu cavanın içərisindən ən layiqliləini seçmək olduqca çətin idi. Lakin hətta belə bir parlaq fonda da ən parlaq zəkaya və yeni fikirlərə malik olanlar seçildi. Münsiflər heyətinin diqqətini cəlb edən 11 nəfər dünyagörüşü, kreativ təfəkkürü, cavana məxsus səmimiliyi ilə heyrətləndirdilər. Onlar əsas sualı məhz belə cavablandırdılar:

Əhmədova Könül:

Mən seçildim çünki, tələbənin dəyərləndirilməsində vacib olan meyarlara uyğunluğum, yəni təhsildə əldə etdiyim uğurlar, dünyagörüşüm və ən əsası dərsdən kənar özünü inkişaf proqramlarında fəal iştirakım buna imkan verdi.

Tahirova Sevinc:

Mən seçildim çünki Azercell-in məqsədi özünə inamlı, özünün və millətinin gələcəyini parlaq görmək istəyən və bunun üçün var gücü ilə çalışan məqsədəyönlü, bilikli, məsuliyyətli, aktiv tələbələri seçmək oldu. Qabaqcıl şirkətin qabaqcıl tələbəsi kimi məni seçdiyiniz üçün təşəkkürlər, Azercell.

Haciyev Elxan:

Mən seçildim, çünki təqaüd proqramının bütün mərhələlərində, xüsusilə yekun müsahibədə sualları cavablandırarkən son dərəcə məsuliyyətli və dəqiq olmağa çalışdım. Məncə, insanı hədəflərinə aparan əsas amillərdən biri də səmimilikdir və düşünürəm ki, son turda mənim suallara səmimi cavab verməyim, qarşı tərəfin isə ədalətli yanaşma tərzi mənə bu böyük uğuru gətirdi. Gələcəkdə də bu proqramda iştirak edəcək tələbələrə uğurlar arzulayıram.

Dadaşzadə Samir:

Mən seçildim,çünki mən insan kapitalına investorluq edən Azercell-in mütəxəssislərinə özümü ən gözəl şəkildə təqdim etdim və onları inandıra bildim ki,mən gələcəkdə Azercell-ə lazım olacaq gənclərdənəm. Kiçik addımlarla irəlilədiyim karyera həyatımda ilk böyük addımım olan bu təqaüdə və məni gələcəkdə daha böyük addımlar atmağa həvəsləndirən stimula görə Azercell-ə minnətdaram.

Mehrəliyeva Nərmin:

Mən seçildim, çünki özümə inanırdım. Bu inam isə illərlə oxuduğum, gördüyüm, topladığım təcrübələrin nəticəsi idi. Sadəcə olaraq, fəth oluna bilməyəcək zirvə yoxdur. Azercell də bunu bir daha dərk etməyə kömək etdi. "

Əhmədova Səidə:

Mən seçildim, çünki,məncə müsabiqəçilərdən əsas tələb olunan xüsusiyyetlerini: fikri tez toplamaq bacarığı, mövqeyi tez açıqlamaq, kreativliyini göstərə bildim. “Azercell” şirkətinin gənclərə verdiyi şansı əldən verməmək üçün, mən bütün mərhələlərdə öz potensialımı mümkün gədər geniş aşkarlamağa çalışdım.
Əlbətdə,həyatda şanslı olmağın da əhəmiyyəti var. Bir çox faktorların üst-üstə gəlməsi gərəkdir ki, istenilən nəticəni əldə edə biləsən. Ancaq, mənim ən çox sevdiyim bir sitat var: “Uğur-hər an hər şansı istifadə etməyi hazır olmaq deməkdir.”

Xeyirxəbərli Yasəmən:

Mən seçildim, çünki optimist düşüncə tərzimlə qeyri-mümkün kimi görünən xidmətlərin həyata keçirilməsinə inam və stimul yarada bilirəm.
Mən seçildim, çünki ideyalara müxtəlif tərzlərdə yanaşaraq alternativ yollar təklif edə bilirəm.
Mən seçildim, çünki aktiv sosial fəaliyyətlərim, rəngarəng maraqlarım sayəsində müxtəlif insanlar tanımaqla geniş ətrafa və daha ünsiyyətçil xarakterə yiyələnmişəm.

Hümbətzadə Şəmsi:

Mən seçildim, çünki bunu həqiqətən arzulayırdım və qarşımda ciddi məqsəd kimi təyin etmişdim. Bilik, bacarıq və bir az bəxt - bu 3 amilin qarışığı şirkətin keçirdiyi Təqaüd proqramına seçilməmdə yardımçı oldu. Bununla belə, gələcəkdə bu kimi uğurlara imza atmaq üçün daha gərgin çalışmalıyam. Hamıya uğurlar arzu edirəm!

Budur “Azercell” şirkətinin bu günki gün -parlaq, hərtərəfli, özünə güvənən, aktiv həyat tərzinə malik olan təqaüdçüləri. Məhz onlar bizim sabahımız və ölkəmizin gələcəyidirlər.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı
null