Ümumi məlumat
Azercell Telekom MMC 1996-cı ilin yanvarında təsis edilmiş və Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətini 1996-cı il dekabrın 15-də başlamışdır. Fəaliyyətinin ilk illərindən etibarən Azercell bazarda lider mövqeyini saxlamaqdadır.
Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirmişdir – GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, “BlackBerry® Solutions” məhsulu və s.
Ilk mobil rabitə xidməti Fakturalı Xətt sistemi əsasında qurulmuşdur. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda abonentlərin istifadəsinə öncədən ödəmə sistemini (SimSim) təklif edən ilk şirkətlərdən biri oldu.
Hal-hazırda 4.000 000-dan çox abonenti olan Azercell ölkə əhalisinin 99,8 %, ölkə ərazisinin isə 80%-nı (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə) əhatə edir. Şirkətin rabitə bazarındakı payı 55% təşkil edir.
Azercell Telekom İSO 10002:2004 beynəlxalq standartına uyğunluq IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) standartı üzrə sertifikatlarının sahibidir.
Azercell TeliaSonera-nın bir hissəsidir. TeliaSonera 2002-ci ilin dekabr ayında İsveçin Telia şirkəti ilə Finlyandiyanın Sonera şirkətlərinin birləşmələri nəticəsində yaranmışdır. Hazırda Avrasiyanın ən böyük və ən güclü potensiala malik olan beynəlxalq telekomunikasiya şirkətlərindən biridir.
Ətraflı:
www.teliasonera.com
"Azercell Telekom" MMC-in prezidenti Ali Ağandır.
Şirkətin hazırki təsisçisi “Fintur Holdings BV” şirkətidir.
Fintur Holdings B.V. — Turkcell və TeliaSonera şirkətlərinin birgə müəssisəsidir. Fintur-da TeliaSoneranın payı 58%, Turkcell-in payı 42% təşkil edir.
Daha ətraflı məlumat üçün
www.finturholdings.com
TeliaSonera 58% ilə Finturun böyük təsisçisidir.
Daha ətraflı məlumat üçün
www.teliasonera.com.
Turkcell şirkəti bu gün Türkiyənin lider GSM operatoru, Avropa ölkələri üzrə isə ən iri operatorlarından biridir. Turkcell-in ən böyük təsisçilərindən: 51% payı ilə Turkcell Holdings,7% Çukurova Holding Grupu, digəri isə 13% paya malik olan Soneradır. Daha ətraflı məlumat üçün www.turkcell.com.tr
Azərbaycanın qürur duyacağı şirkət olmaq
- Var olan dəyərləri qorumaq
- Yeni dəyərlər yaratmaq
- Dəyərləri paylaşmaq
Abonent sayı
| İl | Sayı |
|---|---|
| 1997 | 20 371 |
| 1998 | 55 831 |
| 1999 | 179 640 |
| 2000 | 380 857 |
| 2001 | 519 346 |
| 2002 | 668 598 |
| 2003 | 912 137 |
| 2004 | 1 308 640 |
| 2005 | 1 706 158 |
| 2006 | 2 333 387 |
| 2007 | 2 800 000 |
| 2008 | 3 475 000 |
| 2009 | 3 850 000 |
| 2010 - 2011 | 4 milyondan çox |
Sərmayələr
1996-cı ilin dekabr ayında qeydiyyatdan keçdikdən sonra, "Azercell Telekom" MMC şirkəti ölkədə telekommunikasiyanın inkişafına və sosial rifahın artırılmasına yönəlmiş layihələr həyata keçirməyə başladı. Fəaliyyəti ərzində şirkətin investisiyalarının ümumi məbləği 1 mlrd. ABŞ dollarından artıqdır.
- Toplam Telekom yatırımları - 916.255.000 ABŞ dolları
- İnsana yatırım - 11. 915.000 ABŞ doları
- Toplam sosial yatırımlar - 15. 250.000 ABŞ dolları
Vergilər
Vergilər Nazirliyinin məlumatına görə, "Azercell Telekom" MMC neft sektorundan sonra respubulikada ikinci ən iri vergi ödəyicisidir.
- Fəaliyyəti ərzində dövlət büdçəsinə ödənilən toplam vergilər - 940.212.000 ABŞ dolları
Azercell Telekom İSO 10002:2004 beynəlxalq standartına uyğunluq, IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) standartı üzrə və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır) sertifikatlarının sahibidir.

