“Azercell Telekom” MMC və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi jurnalistlər üçün ingilis dili kursları elan edir
“Azercell Telekom” MMC və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi böyük məmnuniyyətlə jurnalistlər üçün xüsusi ingilis dili kursları elan edir. İxtisaslaşmış ingilis dili müəllimləri jurnalistlərin yazmaq və xəbər hazırlamaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dərslər keçəcəklər. Kurslar çap, elektron və teleradio Kütləvi Informasiya Vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır.
Kurslarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
- Jurnalistikada ən azı iki il iş təcrübəsi
- Hər hansı KİV-də çalışmasının təsdiqi və rəhbərinin tövsiyyə məktubunu təqdim etməklə 7 ay ərzində davam edəcək kurslarda müntəzəm iştirak
- Son 3 ay ərzində hazırlanmış jurnalist işinin nümunəsini təqdim etməlidir
İngilis dili kursları 20 fevral- 20 avqust 2009-ci il tarixlərində Bakıda keçiriləcək. Iki dil səviyyəsi olan jurnalistlər üçün nəzərdə tutulmuş kurslarda iştirak etmək üçün 20 namizəd seçiləcək. Seçim kriteriyalarına cavab verən namizədlərlə Seçim Komitəsi tərəfindən müsahibə aparılacaq.
Maraqlanan şəxslər ƏRİZƏ formasını dolduraraq, rəhbərinin məktubu və jurnalist işinin nümunəsini aşağıdakı ünvana təqdim etməlidirlər:
Rəşid Behbudov küçəsi 60, Azərbaycan Dillər Universitetinin əsas binası, İnformasiya Resurs Kompleksinin qəbul otağı.
Sənədlər bazar ertəsi və bazar günləri çıxmaq şərtilə hər gün saat 10:00-dan 18:00-dək qəbul olunur.
Sənədlər 14 Fevral, 2009-cu il saat 18.00-dək qəbul olunur.
Ətraflı məlumat üçün müraciət edin:
|
|
Rüfət Abbasov |
Mehdi Hüseynquliyev |
|
|
Mətbuat katibi |
Mətbuat üzrə mütəxəssis |
|
|
“Azercell Telekom” MMC |
ABŞ səfiyliyi |
|
|
Email: ssarufat@azercell.com |
Email: HuseynguliyevMM@state.gov |
|
|
Tel: (+994 12) 496-70-07 |
Tel: (994 12) 498-03-36 |
|
|
Fax: (+994 12) 437-23-49 |
Fax: (994 12) 498-93-12 |
|