Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell abunəçiləri üçün yeni FinansCELL xidməti

Bakı, 04 yanvar 2002

7 yanvar 2002-ci il tarixdən etibarən Azercell abunəçiləri üçün FinansCELL xidməti istifadəyə verilmişdir. Bu xidmət Milli Bankın valyuta məzənnələri, Bakı Banklararası Valyuta Birjası (BBVB) hərrac yekunları və yaxud Azərbaycanda fəaliyyət göstərən bankların ABŞ dollar kursu barədə məlumatları birbaşa mobil telefona qısa mesaj vasitəsilə almaq imkanı yaradır.

Bunun üçün aşağıda göstərilən nömrələrə müraciət etmək lazımdır:

  • 6901 nömrəsinə zəng etdikdə Milli Bankın valyuta məzənnələri barədə məlumat qısa mesaj vasitəsilə daxil olur;
  • 6902 nömrəsinə zəng etdikdə BBVB hərrac yekunları barədə məlumat qısa mesaj vasitəsilə daxil olur;
  • 6903 nömrəsinə zəng etdikdə Azərbaycanda fəaliyyət göstərən bankların ABŞ dollar kursu barədə məlumat qısa mesaj vasitəsilə daxil olur.

Hər bir FinansCELL nömrəsinə zəng etdikdə, iki saniyədən sonra zəng kəsilir və qəbul edilmiş olur. Zəngdən bir neçə saniyə sonra abonentə qısa mesaj vasitəsilə müvafiq məlumat daxil olur.

Hər bir FinansCELL nömrəsinə zəng edildikdə hər zəng üçün aşağıdakı qiymətlər tətbiq olunur:

  • Standart/Biznes abunəçiləri üçün — 2360 manat (?DV daxil);
  • SimSim abunəçiləri üçün — 95 kontur.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr