Azercell'də rəhbərlik dəyişikliyiBakı, 04 yanvar 2002 Azercell Telecom B.M.-nə beş il rəhbərlik edən Erdal Otuzbir 2002-ci il yanvar ayının 2-dən Azercell'dən ayrılaraq, Turkcell şirkətlər qrupunun xarici yatırımlar, həmçinin, Türkiyədəki Digiturk, Superonline və s. kimi texnoloji şirkətlərin sahibi olan Fintur Holding B.V. adlı qurumun prezidenti vəzifəsinə təyin olunmuşdur. Beləliklə, Erdal Otuzbir artıq tək Azercell deyil, həmçinin, Moldovanın Moldcell, Gürcüstanın Geocell və Qazaxıstanın K'Cell kimi GSM operator şirkətlərinə rəhbərlik edəcəkdir.
Erdal Otuzbir 1956-cı ildə Türkiyədə anadan olmuşdur. Kompüter texnologiyaları ixtisası üzrə Stokholm Universitetini bitirmişdir. 1996-cı ildən Azercell Telecom B.M.-nə rəhbərlik etmişdir. Öncə isə Türkiyənin Turkcell, İsveçin Ericsson və Citibank şirkətlərində uzun müddət çalışmışdır.
2002-ci ilin yanvar ayının 2-dən Azercell Telecom B.M.-nin Baş Müdiri vəzifəsinə təyin olunmuş xanım Esra Tan 1969-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Həmin şəhərin Texniki Universitetinin Elektronika və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirmişdir. Onun iş təcrübəsi 1989-cu ildən Siemens şirkətində başlayaraq, sonradan Telsim və Ericsson şirkətlərində müxtəlif vəzifələrdə davam etmişdir. Esra xanımın son iş yeri Ericsson şirkətində Vitse-Prezident müavini olmuşdur. Azercell Telekom MMC Mətbuat Xidməti |