Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell köçkün və şəhid ailələrinə yardım edib

Bakı, 20 mart 2002

Artıq beş ildən çoxdur ki, Azercell Azərbaycanda öz fəaliyyətinə davam edir. Bütün bu illər ərzində şirkət hər zaman Azərbaycan xalqının ağrı-acılarına şərik çıxıb və onun sevincini həvəslə bölüşüb. Bu baxımdan əhalinin aztəminatlı təbəqələrindən olan şəhid və qaçqın ailələri, əlillər və kimsəsizlərə yardım Azercell'in daimi diqqəti mərkəzindədir. Bu diqqət xalqımızın ən ülvi və əziz bayramı olan Novruz bayramında ikiqat artır.

20 martda Azercell'in təşəbbüsü və maliyyə dəstəyi ilə Bayılda məskunlaşmış 150 qaçqın, məcburi köçkün və şəhid ailəsinə 6 milyon manat məbləğində ərzaq yardımı paylanmışdır.

Azercell hər zaman çalışır ki, müharibənin törətdiyi ağrıları hələ də yaşayan, həmçinin sosial-iqtisadi çətinliklərlə təkbaşına qalan şəhid ailələri, köçkün və qaçqınlar, əlillər və kimsəsizlər belə bayramlarda tənha olmadıqlarını hiss etsinlər. Onlar da bu bahar bayramının gətirdiyi sevinc və xoş əhval-ruhiyyəni doyunca duysunlar.

Azercell şirkəti hamını bu gözəl bahar bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, xalqımıza xoşbəxtlik, əmin-amanlıq və sevinc dolu günlər arzu edir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr