ÖdəməCELL indi daha rahatBakı, 22 mart 2002 Bu yaxınlarda Azercell Standart və Biznes abonentləri öz danışıqlarını ənənəvi ödəmə məntəqələri vasitəsilə ödəmələrinə əlavə olaraq alternativ, rahat ödəmə yolu əldə etmişlər.
Belə ki, Azercell Standart və Biznes abonentlərinin danışıqlarını əvvəlcədən ödəməsinə, yaxud mövcud borclarını ödəməsinə imkan verən danışıq kartı olan Azercell Ödəmə Kartını almaqla 650 xidmətinə zəng edib Ödəmə Kartının üstündəki 13 rəqəmli şifrəni daxil etmək lazımdır. Abonent, həmçinin, 13 rəqəmli şifrəni qısa mesaj şəklində 650 nömrəsinə də göndərə bilər.
Hər iki üsuldan istifadə etdikdən sonra:
- Abonentin borcu varsa, onun 200 000 manatı silinəcək;
- Abonentin borcu yoxdursa, 200 000 manat onun hesabına avans olaraq qoyulacaq;
- Abonentin borcu 200 000 manatdan azdırsa, qalan məbləğ onun hesabına avans olaraq qoyulacaq;
- Abonentin borcu 200 000 manatdan çoxdursa, borcun bir hisəsi silinir.
ÖdəməCELL xidməti vasitəsilə depozitə pul yatırmaq mümkün deyil. Xidmətdən "roaming"də olarkən istifadə etmək mümkündür.
Beləliklə, ÖdəməCELL xidməti vasitəsilə abunəçi yol ölçmək və vaxt itirməkdən azad olaraq ödəməni elə yerində etmək şansı qazanır. Azercell Telekom MMC Mətbuat Xidməti |