Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell dilerlərinin Antalya səfəri

Bakı, 20 avqust 2002

Azərbaycanda ən geniş satış strukturuna sahib olan Azercell Telekom B.M. 184 dilerlə əməkdaşlıq edir. Bu günlərdə şirkət I kateqoriyalı dilerləri bir araya toplayıb Antalyanın Kemer bölgəsinə apardı. Məqsəd mobil telekommunikasiya sahəsində çalışan bu dilerlərin görüşməsi, ünsiyyətdə olması və öz fikirlərini bir-birilə paylaşması idi. 25 dilerin iştirakı ilə Magic Life adlı tətil düşərgəsində keçirilən görüşdə dilerlər qeyrı-rəsmi bir şəraitə düşərək, sərbəst formada bir-biri ilə daha yaxından tanış olub, yeni əlaqələr qurmaq imkanını qazandılar.

Görüş əsnasında Azercell özünün 2002-ci ilin yanvar-iyul ayları ərzində əldə etdiyi nəticələri dilerlərlə paylaşdı. Çox səmərəli keçən dilerlərin sərbəst qrup toplantısı istirahət proqramını birinci plana keçirdi. Belə ki, Azercellin baş müdiri Esra Tanın da qatıldığı dilerlər toplantısında Jeep Safari, Rafting və başqa turlar keçirildi.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr