Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell 600 000-ci abunəçisini təbrik etdi

Bakı, 15 avqust 2002

Azercellə daha bir sevinc nəsib oldu. Azercell özünün 600 000-ci abunəçisini qeydə aldı.

Azercell məhz onun üçün hədiyyə etdiyi Sony-Ericsson T68i markalı mobil telefonu ona təqdim etdi. Azercell Telekom B.M. yaxın gələcəkdə də özünün geniş çeşidli və yüksək səviyyəli xidmətlərindən daha çox insanın faydalanmaq imkanını əldə edəcəyinə ümid bəsləyir.

Avqustun 15-də Azercell Müştəri Xidmətləri ofisində bu münasibətlə təşkil olunmuş mərasimdə şirkət 600 000-ci abunəçisini — 12 may 1976-cı il təvəllüdlü Sadıxov Elçin Əbülfət oğlunu təbrik etdi.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr