Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell-dən Ekonom Paketi: daha qənaət

Bakı, 29 sentyabr 2002

Azercell 2002-ci il üçün müüştərilərinə hazırladığı sürprizləri bir-birinin ardınca təqdim etməyə davam edir. Bu dəfə şirkətimiz öz fakturalı sistem abonentlərinisevindirir. Yeni "Ekonom" tarif paketində aylıq abonentlik haqqı sadəcə 24.600 manatdır (ƏDV xaric).

Azercell abonentlərinə zəngin bir dəqiqəsi 736 manat (ƏDV xaric), qalan qiymətlər isə Standart paketi ilə eynidir. Qeyd edək ki Azercell 2002 ili üçün daha bir çox yeni xidmət və kampaniyalar planlamışdır və vaxtaşırı bunları təqdim edəcəkdir. Aşağıda yeni paketin və hal-hazırki tarif paketlərinin müqayisəsini görə bilərsiniz: Azərbaycan daxili zənglər.

Tarif packeti Aylıq abunəlik haqqı (manatla) Azercell və SimSim abonentlərinə zənglər (manatla) Digər yerli operatorlara zənglər (manatla)
Ekonom 24.600 738 1.230
Standart 49.200 492 1.230
Biznes 98.400 492 984

Qiymətlər ƏDV xaric göstərilib. Danışıq qiymətləri 1 dəq üçündür. "Ekonom" paketinin qalan xidmətlər üçün qiymətləri Standart paketi ilə eyni qaydada hesablanır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr