Azercell Telecom beynəlxalq rabitəni genişləndirməyə davam edirBakı, 24 aprel 2003 Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM iki iri xarici operatorlar — Thuraya Satelite Telecommunications Company (OAG) və SI-MOBIL (Sloveniə) ilə yeni rouminq sazişləri bağlayıb.
Keyfiyyətli beynəlxalq rabitənin biznesin və Azərbaycanın başqa ölkələrlə iqtisadi əlaqələrinin inkişafında zəruri olduğunu nəzərə alaraq, Azercell BM dünyanın iri operatorları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan BƏƏ və Sloveniya ilə fəal əməkdaşlığın inkişafında çox maraqlıdır. Bununla əlaqədar olaraq bu ölkələrin abonentləri ilə keyfiyyətli mobil telefon əlaqəsinin yaradılması bu istiqamətdə böyük bir addımdır.
Thuraya Satelite Telecommunications Company aparıcı rabitə operatorları ilə əməkdaşlıq edərək, Avropa, Yaxın Şərq, Şimali və Orta Afrika, eləcə də MDB və Cənubi Asiyanın 100-dən artıq ölkəsinin 2,3 mln. əhalisini əhatə edir. Thuraya-nın peyk rabitəsi abonent bazası 100 min istifadəçidən artıqdır.
SI-MOBIL Sloveniyanın mobil rabitə sahəsinin liderlərindən biridir. Thuraya Satelite Telecommunications Company — GSM 900, SI-MOBIL operatoru isə GSM 900/1800 standartında xidmət göstərir.
Beləliklə, Azercell BM-nin rouminq-partnyorları — 72 ölkənin 146 operatorudur. Abonentlərinin imkanlarını genişləndirmək və onların rahatlığını təmin etmək məqsədilə Azercell BM şəbəkəsini inkişaf etdirməyə davam edir. Azercell Telekom MMC Mətbuat Xidməti |