Azercell BM-nin sponsor dəstəyiBakı, 03 aprel 2003 Aparıcı mobil rabitə operatoru Azercell Telecom BM Azərbaycan estradasının ifaçılarına fəal dəstək göstərməyə davam edir.
Azercell BM 3 aprel 2003-cü ildə Hyatt Regency otelində təqdimat mərasimi keçirilmiş Zülfiyyə Xanbabayevanın "Qəlbinə yol" klipinin sponsoru qismində çıxış etmişdir.
Klip qeyri-adi avanqard stilində çəkilmişdir. Azercell BM-nin sponsor dəstəyi müqabilində müğənni öz sənət arzularını həyata keçirmiş və ən müasir avadanlıqların bazasında həzırlanmış klipi təqdim edə bilmişdir.
Klip üzərində işləyiblər:
- Musiqi — Rəşad Həşimov
- Sözlər — Altun Şaşıq
- Rejissyor — Emin Mirabdullayev
- Operator — Nadir Mehdiyev
- Prodüser — Nigar Hacızadə
- Sponsor — Azercell BM.
Klip, sözsüz ki, müğənninin pərəstişkarlarını sevindirəcək. "Qəlbinə yol" klipi — Zülfiyyə Xanbabayevanın Azercell BM-nin dəstiyi ilə hazırlanmış ilk işi deyildir. Bundan əvvəl Azercell BM Zülfiyyə Xanbabayevaya "Aləm oyansın" klipinin və "Gecə", "Sən gedən gündən" musiqili CD-disklərin hazırlanmasında da sponsor dəstəyi göstərmişdir. Azercell Telekom MMC Mətbuat Xidməti |