ZengEtCELL — vaxta və pula qənaətBakı, 03 aprel 2003 Azərbaycanın mobil rabitə sahəsində lider olan "Azercell Telecom" Birgə müəssisəsi öz abonentlərini sevindirməyə davam edərək, yeni ZengEtCELL xidmətini tətbiq edib.
Indi ZengEtCELL xidməti sayəsində, hətta konturu olmayan abonentlər də əlaqə saxlaya bilərlər. ZengEtCELL xidməti adresatın nömrəsini əks etdirən qısa mesajı 7700 nömrəsinə pulsuz göndərməyə imkan verir. Bundan sonra nömrəsi göstərilən Azercell abonenti "nömrəli abonent (ona zəng etməyi istəyən abonentin nömrəsi göstərilir) ona zəng etməyinizi xahiş edir" sözlərilə qısa mesaj alır.
Mesaj bilavasitə ekranda çıxır, bu da telefon menyusunun əlavə funksiyalarından istifadə etməkdən azad edir. Əgər əvvəllər maddi vəziyyəti göndərilən zəngləri tez-tez ödəməyə imkan verməyən abonent başqa abonentin ona zəng etməsi üçün qısa zəng göndərirməli idisə və bunun üçün onun heç olmasa minimal sayda konturu olmalı idisə, indi bunun üçün bir pulsuz mesaj göndərmək kifayətdir. Xidmət abonentlərin vaxtına və vəsaitlərinə qənaət etməyə imkan verir.
Hər abonent bu xidmətdən gün ərzində 7 dəfə yararlana bilər. Xidmət yalnız Azercell Telecom abonentləri üçün nəzərdə tutulub və mobil rabitənin başqa şəbəkələrinin abonentlərinə şamil olunmur. Öz abonentlərinə qayğı və diqqət göstərən Azercell Telecom xidmət keyfiyyətinin artırılması məqsədilə daim bazarı tədqiq edir. Belə tədqiqatlar nəticəsində SMS xidmətlərinin böyük populyarlığı müəyyən olmuşdur.
Bu gün Azercell aparıcı texnologiyaların bazasında ən müasir rabitə xidmətləri göstərməklə, eyni zamanda Azərbaycan əhalisinin bütün təbəqələrinin imkanlarını nəzərə alır. Buna sübut son vaxt tətbiq olunan xidmətlərdir. Beləliklə, ZengEtCELL xidməti — mobil rabitə istifadəçilərinin bütün tələbatlarının ödənilməsinə yönəlmiş Azercell şirkətinin siyasətinin davamıdır. Azercell Telekom MMC Mətbuat Xidməti |