Kanada və Meksika — Azercell Telecom-un rouminq siyahisinda yeni ölkələrBakı, 03 aprel 2003 Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM Kanada və Meksika operatorları ilə ikitərəfli rouminq sazişləri bağlayaraq beynəlxalq rabitə sahəsində öz abonentlərinin imkanlarını genişləndirmişdir.
Azercell Telecom BM-nin Kanadadakı ilk rouminq partnyoru, öz şəbəkəsilə Kanadanın ən iri şəhərlərini əhatə edən və GSM 1900 standartında fəaliyyət göstərən, operator Rogers Wireless Inc. olub.
Azercell Telecom BM-nin beynəlxalq şəbəkəsilə əhatə olunan daha bir Şimali Amerika ölkəsi Meksika oldu. Azercell Telecom-un Meksikadakı ilk partnyoru GSM 1900 standartında fəaliyyət göstərən operator TelCel oldu.
Yeni sazişlərin sayəsində indi Azercell Telecom abonentləri Şimali Amerika ölkələri ilə mobil rabitə yaratmaq üçün geniş imkanlara malikdir. Bundan başqa, Azercell Telecom Hindistanın sayca beşinci olmuş daha bir operatoru ilə rouminq sazişi bağlayıb. Azercell Telecom-un Hindistanda yeni rouminq-partnyoru BPL Mobile Cellular LTD (Tamilnadu) oldu. Beləliklə, hazırda Azercell Telecom BM-nin ümumilikdə dünyanın 76 ölkəsinin 159 operatoru ilə rouminq sazişi mövcuddur. Azercell Telecom BM abonentləri üçün ən rahat və keyfiyyətli beynəlxalq rabitə xidmətlərinin göstərilməsi məqsədilə dünya üzrə rouminq-əhatəsinin genişləndirilməsi üzərində işləməyə davam edir. Azercell Telekom MMC Mətbuat Xidməti |