Artıq yay Simprizləri sevindirir sizləri!Bakı, 16 may 2003 Artıq ikinci ildir ki, Azərbaycanın mobil rabitə lideri Azercell Telecom abonentlərinə xoş, sevincli anlar bəxş edən möhtəşəm yay kampaniyalarını keçirir. Bu il "Sevindirər Sizləri bu yayın Simprizləri!" adlı yeni möhtəşəm priz kampaniyası iyunun 15-də başlayıb. Kampaniya Azercell Telecom abonentləri tərəfindən böyük sevinclə qarşılanmışdır, və şirkətin dilerlərinin qeyd etdiyi kimi, skretç-kartların alınması abonentlərdə xoş əhval-ruhiyyə yaradır.
Belə ki, kampaniyanın əvvəlindən cəmi 10 gün keçməsinə baxmayaraq, artıq bəzi nəticələr əldə olunub. 697 nəfər 2200 konturluq kartların, 75 nəfər ventilyatorun, 5 nəfər mobil telefon və 1 abonent Azeronline-dan 1 illik Internetə qoşulmaqla ASUS kompüterinin xoşbəxt sahibləri olublar.
Prizlərin ümumi sayı 44 444 ədəddir, əsas priz isə — 4 PEUGEOT 206X markalı avtomobildir — deməli, hər şey hələ qabaqdadır! Oyun ani xarakter daşıyır — xüsusi priz pəncərəsindəki boyanı pozmaq və yazını oxumaq kifayətdir. Uduş kartlarındakı priz pəncərələrində aşağıdakı yazılardan biri əks olunmalıdır: "Avtomobil", "Kompüter+Internet", "Mobil telefon", "Ventilyator", "2200 kontur".
Bundan əlavə, bu il Azercell abonentlərini daha bir hədiyyə gözləyir. Udmamış Sim-priz skretç-kartları 31 oktyabr 2003-cü il tarixində keçiriləcək EKSTRA Sim-priz oyununda oynanılacaq. EKSTRA Sim-priz-dəki uduş 44 444 444 manat təşkil edəcək. Xatırladaq ki, "Sevindirər Sizləri bu yayın Simprizləri" kampaniyası 15 sentyabr 2003-cü il tarixinə qədər davam edəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |