KimZengEtmisCELL — bütün zənglər nəzarət altındadır!Bakı, 16 may 2003 Azərbaycanın mobil rabitə bazarında lider olan Azercell Telecom BM öz abonentlərini yeni xidmətlərlə sevindirməyə davam edir. Təklif olunan KimZengEtmisCELL xidməti Azercell Telecom BM-nin abonentlərinə onların nömrəsinə edilən bütün zəngləri qeydə almağa imkan verir.
KimZengEtmisCELL telefonun söndürülmüş və ya əhatə dairəsindən kənarda olduğu müddət ərzində ona edilən zənglər, onların tarixi və vaxtı haqqında məlumatı da almağa imkan verir. Bu xidmətdən faydalanmaq üçün daxil olan zənglərin 6080 nömrəsinə yönləndirilməsi lazımdır. Zənglərin yönləndirilməsi iki şəkildə həyata keçirilə bilər:
- Telefonun təkcə söndürülmüş və ya əhatə dairəsindən kənarda olduğu müddət ərzində zənglərin yönləndirilməsi üçün
           yığmaq lazımdır.
- Bütün zənglərin yönləndirilməsi üçün
           yığmaq lazımdır.
1-ci növ yönləndirməni ləğv etmək üçün       yığmaq lazımdır. 2-ci növ yönləndirməni ləğv etmək üçün       yığmaq lazımdır. Bundan başqa, yönləndirməni telefonun menyusu vasitəsilə də aktivləşdirmək və ya ləğv etmək olar.
Xidmət ötürülmüş zənglər haqqında məlumatı SMS-mesajı vasitəsilə təqdim edir. Mesajda zəng etmiş abonentin telefon nömrəsi (əgər nömrəni təyin etmək mümkündürsə), zənglərin sayı, son zəngin tarixi və vaxtı göstərilir.
Indi Azercell Telecom BM-nin abonentləri tamamilə arxayın ola bilərlər — telefonlarının söndürülmüş olduğu müddətdə də KimZengEtmisCELL bütün daxil olan zənglərə nəzarət edir. Telefon qoşulan zaman abonent bütün ötürülmüş zənglər haqqında dolğun məlumatı ala biləcək. KimZengEtmisCELL xidməti pulsuzdur. Bütün zənglər nəzarət altındadır! Indi bu Azercell Telecom BM-nin bütün abonentləri üçün realdır. Azercell Telekom MMC Mətbuat Xidməti |