Azərbaycan dilindəIn EnglishПо-русски

Macarıstan bütünlüklə Azercell-in rouminqi ilə əhatə olinub

Bakı, 05 may 2003

Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM növbəti ikitərəfli rouminq müqaviləsini bağlıayıb. Azercell Telecom-un yeni beynəlxalq partnyoru Macarıstanın, demək olar ki, bütün ərazisini əhatə edən və GSM 900/1800 standartında fəaliyyət göstərən Macarıstan operatoru Westel Mobil oldu.

Beləliklə, Macarıstanın bütün üç mobil rabitə operatorları hazırda Azercell Telecom BM-nin rouminq-partnyorlarıdır. Bu da Azercell Telecom abonentlərinə bu ölkə ilə rabitə əlaqəsi yaratmaqda maksimal rahatlıqla təmin edir.

Bundan əvvəl Azercell Macarıstanın başqa iki operatoru Vodafone Hungary və Pannon GSM ilə müqavilə bağlamışdır.

Beynəlxalq rabitə Azercell Telecom üçün əsas istiqamətlərdən biri olaraq qalır və şirkət bu sahəni gələcəkdə də inkişaf etdirmək niyyətindədir.

Azercell Telecom — Hər yerdə Sizinlədir!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr