Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell-in yeni rekordu mobil rabitə operatoru 700 000-ən çox abonentlik həddini aşıb

Bakı, 11 iyul 2003

Bu gün Azərbaycanın aparıcı mobil rabitə operatoru Azercell Telecom BM üçün sevindirici və mühüm bir gündür. Şirkət öz 700 000-ci abonentini təntənəli sürətdə təbrik etdi. Azərbaycanın mobil rabitə sahəsində liderliyini təsdiqləyərək şirkət məhz bu həddi keçib. Azercell-in 700 000-ci abonenti Elmi-Tədqiqat Institutunun işçisi, Bakı sakini 28 yaşlı Ağayeva Könül Şamil qızı oldu. Xoşbəxt abonenti şirkətin bas müdiri Sərdar Canoğulları təbrik edərək mükafatlandırmışdır. Təntənəli mərasim operatorun mərkəzi ofisi — Azercell Plaza-da keçirilmişdir. 700 000-ci abonentə Nokia 6100 markalı mobil telefon və 70 000 danışıq konturu hədiyyə olundu.

"Sözsüz ki, bu nailiyyət şirkət üçün çox mühümdür. 700 000-ci abonent bizim gərgin işimizin və Azərbaycanda ən müasir texnologiyaların tətbiqinin nəticəsidir. Bu həm də böyük məsuliyyətdir, çunki biz bütün abonentlərin razı qalması üçün əlimizdən gələni etməyə çalışırıq. Şirkət nailiyyətləri ilə kifayətlənmək fikrində deyil. Bizim strategiyamız — göstərilən xidmətlərin daim genişlənməsi, inkişafı və keyfiyətinin yaxşılaşdırılması, məqsədimiz isə — Azərbaycan əhalisinin mobil rabitəyə olan tələbatının tam ödənilməsidir". Bunu Azercell Telecom BM-in baş mödiri Sərdar Canoqulları bəyan etmişdir. Bu göstəricilər Azərbaycanı MDB dövlətləri arasında mobil rabitə sahəsində penetrasiya üzrə lider olan ölkələr sırasına qoyur və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr