Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom BM: mobil rabitə hamı üçün — missiyamız belədir

Bakı, 04 iyul 2003

Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM 6 ildən artıqdır ki bazarda fəaliyyət göstərir.Yarandığı ilk gündən Azərbaycanın şanvari rabitə sahəsinin inkişafına milyonlarla sərmayə qoyaraq, və, ən müasir texnologiyaları tətbiq edərək operator fəal surətdə inkişaf etməyə başlamışdır. Belə ki, cari ilin təkcə 6 ayı ərzində şirkət öz şəbəkəsinin genişlənməsinə 1 mln ABŞ dollardan artıq vəsait ayiraraq, 6 il yarim ərzində qoyulan sərmayələrin ömumi məbləğini 170 mln ABŞ dollara çatdirmişdir.

Bödcə və bödcədən kənar ödənişlərinə gəldikdə isə,bu ilin 6 ayı ərzində Azercell Telecom BM 13 mln 422 min 817 ABŞ dollar dəyərində vəsait ödəmişdir, və, beləliklə 6 il yarim ərzində ödənişlərin ömumi məbləği 80 mln 810 min 412 ABŞ dollari təşkil emişdir. Bu ilin 6 ayi ərzində Azercell Telecom BM-nin abonentlərinin sayı 150000 nəfər artaraq hazırda artiq 750 000 həddini aşmişdir ki, bu da Azercell Telecom BM-nin penetrasiya səviyyəsini 9% çatdirmişdir. Operatorun əhatə dairəsinə isə ölkə ərazisinin artiq 67%, əhalinin isə — 94,4% daxil olmuşdur.

Şirkət beynəlxalq şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir.Bu ilin 6 ayi ərzində Azercell 3 ölkə və 14 operatorla rominq sazişi bağlayaraq, bu günə qədər dünyanın artiq 74 ölkəsi və 156 operatoru ilə bu sahadə fəal əməkdaşliq edir. Göstərdiyi xidmətlərin keyfiyyət və çeşidini daima artıraraq, Azercell Telecom BM cari ilin əvvəlindən 7 yeni xidmət — WebOdəməCELL, Zənqetcell, Infocell, OdəməCell, 6979, HazirMesajCELL və KimZənqEtmisCell xidmətlərini abunəçilərin istifadəsinə vermişdir ki, bu da təqdim olunan xidmətlərin ümumi sayini 45 çatdirmişdir.

Hər il keçirdiyi yay kampaniyalarina gəldikdə isə,Azercell bu il də abunəçiləri intizarda qoymamişdir. 15 sentyabr 2003-cü il tarixinə qədər davam edəcək "Sevindirər Sizləri Bu yayın Simprizləri!" kampaniyası 50 000, 100 000 və 200 000 manat dəyərində danışıq kartlarını alan SimSim abonentlərinə möxtəlif prizlərə sahib olmag imkanini artiq verməkdədir. Lakin,şirkət əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Bu ilin sonunadək Azercell Telecom BM Azərbaycanın mobil rabitə bazarının inkişafına 22 000 000 ABŞ dollari həcmində dən artıq sərmayə qoymaq, abonent bazasını genişləndirərək, 910 000 çatdırmaq və göstərilən xidmətlərin çeşidini fəal şəkildə genişləndirmək niyyətindədir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr