Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom BM-nin Almaniyada dördüncü rouminq partnyoru

Bakı, 11 iyul 2003

Azərbaycanın mobil rabitə sahəsində qabaqcıl operator olan Azercell Telecom BM abonentlərinə beynəlxalq rabitənin daha geniş imkanlarını təqdim edərək, öz rouminq partnyorlarının siyahısını fəal surətdə genişləndirməyə davam edir. Azercell Telecom BM-nin yeni partnyoru olan Almaniyanın "O2" operatoru Azercell Telecom-un Almaniyadakı sayca dördüncü rouminq partnyoru olmuşdur. 1998-ci ildən fəaliyyət göstərərən O2 mobil rabitə xidmətlərini GSM 1800 standartında göstərir.

Bundan başqa, Azercell Telecom abonentləri Almaniyada E-Plus, T-Mobile və Vodafone operatorlarının abonentləri ilə əlaqə yaratmaq imkanına malikdir. Qeyd edək ki, Almaniya Azərbaycanın ən iri iqtisadi partnyorlarından biridir. Azərbaycan və Almaniya arasında mobil rabitənin həyata keçirilməsi imkanı — alman və yerli iş adamları arasında işgüzar əlaqələrin inkişafı üçün çox vacibdir. Sözsüz ki, operativ rabitə müasir biznesdə müvəffəqiyyətin müəyyənedici amilidir. Hazırda Azercell Telecom BM-nin 77 ölkənin 162 operatoru ilə rouminq sazişləri mövcuddur. Azercell Telecom gələcəkdə də Azərbaycanın beynəlxalq rabitə sahəsində imkanlarını genişləndirmək niyyətindədir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr