Azərbaycan dilindəIn EnglishПо-русски

Dörd Peugeot markalı avtomobildən biri artıq öz xoşbəxt sahibini tapıb

Bakı, 11 iyul 2003

Azərbaycanın mobil rabitə sahəsinin qabaqcıl operatoru Azercell Telecom BM tərəfindən keçirilən "Sevindirər Sizləri bu yayın simprizləri" kampaniyasının əsas prizləri olan dörd PEUGEOT 206X markalı avtomobildən biri artıq öz xoşbəxt sahibini tapıb. Azercell Telecom BM-nin abonenti, Bakı Sənaye Pedaqoji Texnikumunun məzunu, 1982-ci il təvəllüdlü Verdiyeva Ilahə Hidayət qızı, 50 000 manatlıq Simpriz kartını alaraq, dörd avtomobildən birinin ilk xoşbəxt sahibi oldu. Şəxsi avtomobilə malik olmaq onun ən böyük arzularından biri idi. Nəhayət ki, Azercell Telecom BM vasitəsilə onun arzusu həyata keçdi.

Simpriz uduş kartı Azercell Telecom BM-nin keçirdyi priz kampaniyası çərçivəsində aldığım ilk kart deyildir. Hər dəfə Simpriz kartını alaraq və priz pəncərəsindəki boyanı pozaraq, mən priz udmaq ümidilə həyəcan keçirirdim. Bu dəfə "Avtomobil" yazısını görəndə xoşbəxtliyimə inanmadım. Bu cür maşının sahibi olmaq möcüzədir!" — deyərək Ilahə xanım öz sevincilə bölüşdü. Artıq Azercell Telecom BM-nin bir çox abonentləri "Sevindirər Sizləri bu yayın Simprizləri!" kampaniyası çərçivəsində prizlərə sahib olublar: 5 abonent Azeronline-dan 1 illik limitsiz Internetə qoşulmaqla ASUS markalı kompüter, 53 abonent isə Siemens A50 markalı mobil telefon udub. Bu Azercell Telecom BM-nin priz yağışının başlanğıcıdır — çünki prizlərin ümumi sayı fantastik məbləğdədir - 44 444 ədəd! Bundan əlavə, Sim-priz-in udmamış skretç-kartları 31 oktyabr 2003-cü ildə EKSTRA Sim-prizdə oynanılacaq. Qalib 44 444 444 manat qazanacaq.

"Sevindirər Sizləri bu yayın Simprizləri!" kampaniyası 2003-cü ilin iyunun 15-də başlanıb və sentyabrın 15-nə qədər davam edəcək. Bütün bu zaman ərzində Azərbaycanın mobil rabitə lideri Azercell Telecom öz abonentlərini böyük sayda qiymətli prizlərlə sevindirməyə davam edəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr