Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom beynəlxalq rabitəni inkişaf etdirməyə davam edir

Bakı, 28 avqust 2003

Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM beynəlxalq rabitə sahəsində öz abonentlərinə daha geniş imkanları təklif etməyə davam edir. Bu istiqamətdə növbəti addım Şri-Lankanın Celltel Infiniti operatoru ilə yeni rouminq sazişinin bağlanması oldu.

Bundan əvvəl, Azercell Telecom BM və Şri-Lankanın MTN Networks operatoru arasında bağlanmış saziş sayəsində Azercell BM-nin abonentləri üçün bu ölkədə rouminq artıq açıq idi. Lakin Azercell Telecom BM-nin abonentlərinin Şri-Lankada rouminq imkanlarından istifadə edə biləcəyi ərazinin genişləndirilməsi üçün bu ölkənin daha bir operatoru Celltel Infiniti ilə də saziş bağlanmışdır. Celltel Infiniti 2000-ci ilin may ayından GSM 900 standartında fəaliyyət göstərir. Beləliklə, hazırda Azercell Telecom BM-nin dünyanın 77 ölkəsinin 163 operatoru ilə rouminq sazişi mövcuddur. Azərbaycanın beynəlxalq rabitəsini yorulmadan genişləndirməyə davam edən Azercell Telecom sayəsində ən uzaq ölkələr belə əlçatan olur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr