Azərbaycan dilindəIn EnglishПо-русски

Nömrəmcell: köhnə nömrəyə ünvanlanan zənglər üzərində nəzarət

Bakı, 03 sentyabr 2003

Mobil rabitə lideri Azercell Telecom BM öz sistem (Standart/Business/Ekonom) abonentlərinə yeni NömrəmCELL xidmətini təqdim edib. Indi, NömrəmCELL xidməti sayəsində öz köhnə nömrəsini dəyişmək qərarına gələn Azercell Telecom BM-nin abonentləri 3 ay ərzində köhnə nömrələrinə ünvanlanmış zəngləri ala biləcək. Bu xidmətdə olan tələbat Azercell Telecom BM-nin öz abonentləri arasında apardığı marketinq araşdırmaları nəticəsində aşkar olunmuşdur. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, nömrənin dəyişdirilməsinə əsas səbəb abonentlərin lazımsız zənglərdən qurtulmaq niyyətidir. Beləliklə, yenicə tətbiq olunmuş NömrəmCELL xidməti nömrənin dəyişdirilməsi barədə ancaq lazım olan tanış şəxsləri xəbərdar etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, köhnə nömrə təkcə bir istiqamətdə — zənglərin qəbul olunması istiqamətində aktiv qala bilər. Bu nömrə vasitəsilə zəng etmək mümkün deyil. Bu xidmətdən istifadə etmək imkanını əldə etmək üçün müştərilərlə əlaqələr şöbəsinə müraciət etmək lazımdır. Adi abonentlər üçün xidmətin qiyməti — 25 000 manat (ƏDV-siz), korporativ müştərilər üçün — pulsuzdur. Abonentlərin daha bir arzusu həyata keçdi! Daha bir tələbat ödənildi! Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM öz abonentləri üçün ən yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunmasına və bütün tələbatlarının ödənilməsinə istiqamətlənən strategiyasını həyata keçirməyə davam edir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr