Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom BM daha bir beynəlxalq saziş bağlayib

Bakı, 03 sentyabr 2003

Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM abonentlərinin Avstriya ilə rabitə imkanlarını genişləndirdi. Operator Hutchison 3G Austria mobil rabitə şirkəti ilə ikitərəfli rouminq sazişini bağlayıb. Üçüncü nəsil mobil rabitə (3G) xidmətlərinin göstərilməsi üzrə dünyanın az sayda şirkətlərindən biri olan Hutchison 3G Austria Azercell Telecom-un Avstriyada dördüncü rouminq-partnyoru oldu.

Bu gün dünyanın müxtəlif ölkələri arasında iqtisadi ticarət əlaqələrinin inkişafını keyfiyyətli beynəlxalq, o cümlədən, mobil rabitə xidmətləri olmadan təsəvvür etmək mümkün deyil. Bununla belə mobil telefondan tək bir ölkənin hüdudlarında yox, başqa ölkələrdə də istifadə etmək imkanı əsas əhəmiyyət kəsb edir. Azərbaycanın qabaqcıl mobil rabitə operatoru Azercell Telecom BM-si öz abonentlərinə rouminq xidməti vasitəsilə məhz bu cür imkanı təqdim edir.

Hazırda Azercell Telecom BM-nin dünyanın 77 ölkəsinin 164 mobil rabitə operatorları ilə rouminq sazişi mövcuddur. Beləliklə, Azercell abonentləri dünyanın 77 ölkəsi ilə mobil rabitə vasitəsilə əlaqə yarada bilər. Bu, Azərbaycanda beynəlxalq rabitənin inkişafında möhtəşəm göstəricidir. Azercell Telecom gələcəkdə də öz rouminq partnyorlarının siyahısını fəal şəkildə genişləndirməklə öz abonentlərinə dünya üzrə daha geniş rabitə imkanlarını təqdim etmək niyyətindədir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr