Şərqi Avropanın daha bir regionu Azercell Telecom şəbəkəsi ilə əhatə olunubBakı, 27 oktyabr 2003 Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM öz abonentlərinin beynəlxalq rabitə imkanlarını genişləndirməyə davam edir.
Azercell Telecom-un beynəlxalq rabitənin inkişafı istiqamətində növbəti addımı rouminq üzrə partnyor olan ölkələrin siyahısını Şərqi Avropanın daha bir regionu — Serbiya və Çernoqoriya sayəsində genişləndirməsi oldu.
Bu, Azercell-in Telekom Srbija mobil rabitə operatoru ilə bağladığı rouminq sazişi sayəsində mümkün olmuşdur.
Telekom Srbija 1998-ci ildən fəaliyyətdədir və GSM 900 standartında mobil rabitə xidmətlərini göstərir.
Serbiya və Çernoqoriyanın ən qabaqcıl operatoru olaraq Telekom Srbija öz şəbəkəsilə bu regionun böyük hissəsini əhatə edir. Bu da Azərbaycan ilə Serbiya və Çernoqoriya abonentləri arasında keyfiyyətli mobil rabitə əlaqəsini yaratmağa imkan verir. Azercell Telecom gələcəkdə də rouminq sazişlərinin siyahısını bu cür yüksək templərlə genişləndirmək niyyətindədir. Azercell Telekom MMC Mətbuat Xidməti |