Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom bütün Sim-Priz sahiblərini təbrik etdi!

Bakı, 31 oktyabr 2003

Bir Sim-priz kartının xoşbəxt sahibi 44 444 444 manat uddu, daha üç uduşlu Sim-priz kartların sahibləri isə hər biri 4 444 444 manat əldə edəcək.

Azercell Telecom BM-in "Sevindirər Sizləri bu yayın simprizləri!" adlı möhtəşəm priz kampaniyası EKSTRA Sim-priz oyunu ilə başa çatdı.

"Avropa" otelində keçirilmiş kampaniyanın final oyunu 31 oktyabr 2003-cü ildə AzTV-1 efirində yayımlandı. 15 iyun 2003-cü il tarixində start götürmüş "Sevindirər Sizləri bu yayın simprizləri!" kampaniyasının gedişi zamanı on minlərlə SimSim abonentləri Azercell Telecom BM-dən fantastik hədiyyələr əldə etdilər. Bununla belə bütün SimSim abonentləri EKSTRA Sim-priz oyununu səbirsizliklə gözləyiblər. Oyunun nəticələrinə görə, 304 515 549 seriya nömrəsi olan Sim-priz kartının sahibi Super EKSTRA Sim-priz — 44 444 444 manat uddu, daha üç 400 191 592, 900 055 055, 303 963 447 seriya nömrəsi olan Sim-priz kartların sahibləri isə hərəsi 4 444 444 manat EKSTRA Sim-priz uddular.

Azercell Telecom bu kartların xoşbəxt sahiblərini təbrik edir və pul uduşları əldə etmək üçün 90 gün ərzində kompaniyanın baş ofisinə müraciət etməyi xahiş edir. Azercell Telecom gələcəkdə də öz abonentlərini sevindirmək niyyətindədir və bunun üçün maksimum səylər göstərməkdədir. Bu möhtəşəm hədiyyə kampaniyasını başa vurduqdan dərhal sonra Azercell Telecom BM yeni — noyabr ayının 1-dən başlayan Kontur Pay irimiqyaslı hədiyyə kampaniyasına başladı.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr