Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom-dan hədiyyə olaraq pulsuz konturlar!

Bakı, 01 noyabr 2003

Azercell Telecom-un Kontur Pay adı altında keçiriləcək növbəti priz kampaniyası çərçivəsində, yüz minlərlə abonent operatordan hədiyyə olaraq pulsuz konturlar alacaq.

Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM öz abonentlərinə növbəti xoş sürpriz hazırlayıb — Azercell Telecom-dan hədiyyə olaraq pulsuz konturlar.

Kontur Pay — SimSim abonentlərinə balansını dolduran zaman əlavə konturlara qazanmaq imkanını verən hədiyyə kampaniyası məhz belə adlanır.

2003-cü ilin 01 noyabr — 31 dekabr dövründə ümumilikdə 1500-dən 3000-dək konturu yükləyən abonent, pulsuz olaraq daha 200 kontur alacaq!

Əgər göstərilən vaxt ərzində abonent 3000 konturdan artıq yükləyərsə, bu halda onun balansına hədiyyə olaraq 500 kontur yüklənəcək!

Hədiyyə konturları 2004-cü il yanvar ayının 5-dən 15-dək abonentin balansına əlavə ediləcək. Bu haqda abonentlər qısa mesaj vasitəsilə xəbərdar olunacaq.

Kontur Pay priz kampaniyası yüz minlərlə abonentini yeni il sürprizləri ilə sevindirmək niyyətində olan Azercell Telecom BM-dən yeni ilin hədiyyələr mövsümünü açır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr