Azercell Telecom birgə müəssisəsinin beynəlxalq rabitənin inkişafında böyük nailiyyətləriBakı, 08 yanvar 2004 Azərbaycanın mobil rabitə bazarının lideri Azercell Telecom BM-nin 2003-cü il ərzində ölkənin beynəlxalq rabitəsinin inkişafında böyük zəhməti olub. Azercell Telecom rouminq qrupu ötən il möhtəşəm nəticələri əldə edib. 17 ölkənin 45 mobil rabitə operatoru ilə, eləcə də peyk rabitəsi operatoru Thuraya Sat ilə rouminq sazişləri bağlanmışdır.
Təkcə dekabr ayı ərzində 8 beynəlxalq saziş bağlanmışdır. Bunlar:
- Hindistanda — HUTCHISON Max Telecom (Orange) operatoru ilə
- Yunanıstanda — Q-Telecom
- İtaliyada — H3G
- Banqladeşdə — GrameenPhone Ltd
- Belarusda — JLLC Mobile TeleSystems
- Küveytdə — Mobile Telecommunications Co.
- Yamaykada — Mossel (Digicel) Ltd
- Əlcəzairdə — Orascom Telecom
operatorları ilə bağlanan sazişlərdir.
Beləliklə, hazırda Azercell Telecom-un 87 ölkənin operatorları ilə 188 rouminq sazişi mövcuddur. Daima rouminq sazişlərinin siyahısını artıraraq, Azercell Telecom öz abonentləri üçün beynəlxalq rabitədə yeni-yeni imkanlar açır. Beynəlxalq rouminq xidmətlərinə qoşulmaqla Azercell abonentləri dünyanın 87 ölkəsində asanlıqla mobil rabitə xidmətlərindən istifadə edə bilərlər. Hər zaman və hər yerdə əlaqədə olmaq biznes və, ümumilikdə, iqtisadiyyatın inkişafı üçün zəruridir. Azercell Telekom MMC Mətbuat Xidməti |