Azercell-dən pulsuz konturlarBakı, 15 yanvar 2004 Yeni ildə Azərbaycanın aparıcı mobil rabitə operatoru Azercell Telecom BM 500 mindən artıq abonentə yüzlərlə danışıq kartı hədiyyə etmişdir.
Operatorun noyabrın 1-dən dekabrın 31-dək keçirdiyi abonentlərə böyük sevinc anları bəxş edən Kontur Pay hədiyyə kampaniyası artıq başa çatdı.
Kampaniyanın şərtlərinə əsasən, göstərilmiş vaxt ərzində 1500-dən 3000-ə qədər konturu öz balansına yükləyən hər bir abonent Azercell Telecom-dan 200 kontur hədiyyə olaraq aldı, 3000 və artıq kontur yükləyən abonentlərin balansına isə operator pulsuz olaraq 500 danışıq konturu yükləyib.
Hədiyyə konturlarının yüklənməsi yanvarın 5-dən 15-ə qədər həyata keçirilməli idi. Lakin Azercell Telecom öz abonentlərinə xoş sürpriz etdi!
Abonentlərinə qayğı göstərən və onlara qarşı diqqətli olan Azercell Telecom konturların yüklənməsini müəyyən olunmuş vaxtdan bir həftə əvvəl başa çatdırdı, yəni yanvarın 7-dək bütün hədiyyə konturları artıq abonentlərin balansına yüklənmişdir!
Kontur Pay kampaniyası öz estafetini operatorun Yeni 2004-cü ilə planlaşdırılan hədiyyə kampaniyaları silsiləsinə verir. Sözsüz ki, bu kampaniyalar bütün Azercell Telecom abonentlərini sevindirəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |