Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom-un uğuru

Bakı, 27 yanvar 2004

Azercell Telecom BM “Uğurlu investisiya fəaliyyəti və istehlakçıların tələblərinin ödənilməsi” nominasiyasında “Ugur-2003” Milli mükafatının sahibi oldu.

“Avropa” mehmanxanasında keçirilmiş sayca dördüncü olan iqtisadiyyat və biznes sahəsində illik “Uğur-2003” mükafatlandırma mərasimində Azercell Telecom BM “Uğurlu investisiya fəaliyyəti və istehlakçıların tələblərinin ödənilməsi” nominasiyasında qalib seçilmişdir.

Azercell Telecom BM 2003-cü ilin ən yaxşı telekommunikasiya şirkəti adına layiq görülmüşdür, bu da operatorun ölkənin telekommunikasiya sahəsinə qoyduğu həqiqətən də böyük zəhmətinin sübutudur.

“Uğur” mükafatı ölkədə biznes və sahibkarlığın inkişafına ən böyük zəhmət qoyan təşkilat, şirkət və şəxslərin fəaliyyətinin tanınması və əks etdirilməsi məqsədilə Azərbaycanın işgüzar nəşri olan “Consulting & Business” tərəfindən təsis olunmuşdur. Artıq dördüncü ildir ki, “Uğur” mükafatının laureatları yaxşıların yaxşıları olur.

Ən yüksək dünya standartlarına uyğun olan xidmətlərin ən geniş çeşidi, eləcə də yorulmadan abonentlərə qarşı diqqət və qayğının göstərilməsi — Azərbaycan mobil rabitə bazarının qabaqcıl operatoru və mobil rabitədə olduğu kimi, Azərbaycanın bütün telekommunikasiya sahəsində də ilk mövqeləri qətiyyətlə tutan Azercell Telecom-un fəaliyyətinin əsas meyarlarıdır.

Bu gün Azercell Telecom həqiqətən də mobil rabitənin Milli operatorudur — yaxın zamanlarda şirkətin abonentlərinin sayı rekord göstəriciyə — 1 000 000 nəfərə çatacaq.

2003-cü il ərzində abonent bazasının əhalinin ümumi sayına olan nisbətinə görə ən yüksək göstəriciyə malik olan Azercell Telecom BM lider mövqeyini tək Azərbaycanda yox, bütün MDB məkanında qətiyyətlə saxlayıb.

Azercell Telecom gələcəyə inamla baxır. O, Azərbaycan bazarında uğurlu inkişafı davam etdirərək və ən qabaqcıl xidmətləri təbiq edərək, abonentlərini sevindirəcək və təqdim olunan xidmətlərin hər bir abonenti üçün sərfəli olmasına çalışacaq.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr