Azercell Telecom-dan Yeni Kampaniya!Bakı, 29 yanvar 2004 Azərbaycanın ən iri mobil rabitə operatoru Azercell Telecom BM Sim-Sim abonentləri üçün GizlətCELL xidmətindən pulsuz olaraq istifadə etmək imkanını verən yeni GizlətCELL kampaniyasına başlayır.
GizlətCELL xidməti abonentin seçimindən asılı olaraq, zənq vurduğu nömrələrin telefon ekranında öz nömrəsinin görünüb və ya görünməməsini təmin edir. 3 ay ərzində nəzərdə tutulmuş GizlətCELL kampaniyası 30 aprel tarixinə qədər davam edəcək. Kampaniyanın üstünlüklərindən istifadə etmək üçün balansa 200 000 manatlıq Sim-Sim danışıq kartını konturları yükləmək lazımdır. Bundan sonra GizlətCELL xidməti 1 ay ərzində pulsuz olaraq abonentin xidmətində olacaq. Eyni nominallı yeni kartın yüklənməsi isə GizlətCELL xidmətinin pulsuz istifadə müddətini artırmağa imkan verəcək.
GizlətCELL-in istifadə qaydaları çox sadədir: nömrəni yığmaqdan əvvəl     yığmaq lazımdır. Bundan sonra Sizin nömrəniz təyin olunmayacaq.
GizlətCELL kampaniyasından GiziCELL (bütün göndərilən zənglər zamanı nömrənin gizlin qalması) və GizlətCELL (abonentin istəyilə göndərilən zənglər zamanı nömrənin gizlin qalması) xidmətlərinin istifadəçilərindən başqa bütün SimSim abonentləri faydalana bilər.
GizlətCELLxidmətinin istifadəsi nömrənin təyin olunmasının istənilmədiyi zaman müxtəlif vəziyyətlərdə bu və ya digər məsələləri tez həll etməyə kömək edir.
Abonentə lazım olan vaxt zənglərini gizlətməyə Azercell Telecom-un yeni GizlətCELL kampaniyası imkan verəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |