Uşaqlara məhəbbət və qayğı göstərin!Bakı, 25 fevral 2004 Azərbaycanın mobil rabitə bazarının lideri Azercell Telecom BM üçün xeyriyyəçilik — fəaliyyətinin ən vacib tərkib hissəsidir. Dünyada elə bir ölkə yoxdur ki, orada sosial problemlər olmasın. Bu problemlərin bütün ağırlığını ilk növbədə valideyn qayğısından məhrum olan uşaqlar çəkir. Azercell Telecom ilk növbədə məhz onlara sevgi və qayğı göstərir.
Azercell Telecom-un köməyilə hər bir bayram kimsəsiz, əlil uşaqlar, qaçqın ailəsindən olan balalar üçün əsl nağıla çevrilir.
Novruz bütün azərbaycanlılar üçün xüsusi bayram olaraq, uşaqlar üçün həm də ən sevimli və ən “şirin” bayramdır.
Novruz bayramında Azercell Telecom Quba rayonunun Zərdabi kəndində yerləşən kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqları öz qanadı altına alan İnternatın körpələrinə sehirli bir nağıl bəxş etmişdir.
Azercell Telecom uşaqları bayram hədiyyələri və şirniyyatları ilə sevindirmişdir.
"Şahdağ" restoranında isə Azercell Telecom Yasamal rayonunda yaşayan əlil və qaçqın uşaqlar, eləcə də şəhid ailəsindən olan uşaqlar üçün xüsusi olaraq Novruz bayramına həsr olunmuş əsl tamaşanı nümayiş etdirmişdir. Tədbir hər bir azərbaycanlı üçün önəmli olan Novruz bayramı ərəfəsi — axır çərşənbədə keçirilmişdir. Banket zalında 200-dən artıq uşaq toplaşmışdır. Onları burada eyni sevinc — bayram əhval-ruhiyyəsi birləşdirmişdir. Bayram həqiqətən çox gözəl alınmışdır. Yasamal rayonunun Uşaq təşkilatının sədri Gülarə Quliyeva, Respublika Uşaq Fondunun adından sponsorlara öz təşəkkürünü bildirərək, onlara "Minnətdarlıq məktubu"nu təqdim etmişdir. Türk liseyi, “Cənnət” teatrının və Yasamal rayon uşaq və gənclər yaradıcılıq mərkəzinin rəqs kollektivinin çıxışını uşaqlar gurultulu alqışlarla qarşıladılar.
Əsl şənlik isə estrada ulduzlarının gəlişindən sonra başladı.
Azercell Telecom bir çox kimsəsiz uşaqlar üçün doğma ocağa çevrilmiş “Ümid Yeri” uşaq evinin bütün balaca sakinlərinə unudulmaz Novruz bayramını bəxş etdi. Direktor Nigar Mənsimlinin sözlərinə görə, elə ilk gündən Azercell Telecom Uşaq evini öz himayəsinə götürmüşdür. Xüsusi olaraq uşaqları bu gözəl bayram münasibətilə təbrik etmək üçün Bakıya bütün “Ümid Yeri” körpələrinin yaxşı tanıdığı Azercell Telecom-un ilk rəhbəri Erdal Otuzbir gəlmişdir. Onun çıxışı Azercell Telecom-un hazırkı baş direktoru Sərdar Canoğullarının çıxışı kimi açıq və səmimi olmuşdur və uşaqlar əsl dost qayğısı və sevgisini hiss etdilər.
"Ümid yeri"ndəki bayram həqiqətən də möhtəşəm oldu — buradakı şənlik — səmimi idi, hədiyyələr isə — təmiz ürəklə bağışlanmışdır.
Bütün kimsəsiz uşaqlara sevgi və qayğı göstərmək asan məsələ deyil. Lakin bu, çox nəcib və insanpərvər bir addımdır. Azercell Telecom isə heç vaxt qarşısına asan məsələləri qoymur — o, hər zaman ən yüksək zirvələrə can atır və onları əzmlə fəth edir. Azercell Telekom MMC Mətbuat Xidməti |