Azercell Telecom-dan bütün Azərbaycan qadınlarına hədiyyəBakı, 08 mart 2004 Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM həmişəki kimi birinci olaraq bütün Azərbaycan qadınlarını 8 Mart bayramı münasibətilə təbrik etməyə tələsir.
Bu dəfə də gözəl, cazibədar qadınlar hədiyyəsiz qalmayacaq. Azercell Telecom bütün Azərbaycan qadınlarına gözəl sürpriz hazırlayıb.
Fevralın 20-dən martın 20-dək Sim-Sim nömrəni alan hər bir qadın Azercell Telecom-dan hədiyyə olaraq 2200 kontur alacaq.
Kampaniyanın şərtlərinə görə, bir nəfər üçün yalnız bir SimSim nömrə almaq olar. Kampaniyada yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə biləcək.
Bu bahar bayramında dostlarla və yaxınlarla ünsiyyətdə olmaq sevinci ən gözəl hədiyyədir.
Azercell Telecom BM füsunkar gözəlliyə malik olan Azərbaycan qadınlarını təbrik edir. Əziz qadınlar, Sizə məhəbbət, xoşbəxtlik və sevinc dolu anlar arzulayırıq! Azercell Telekom MMC Mətbuat Xidməti |