Azərbaycan dilindəIn EnglishПо-русски

İKİQAT UCUZ! sevimli nömrə ilə danışıqlar

Bakı, 15 mart 2004

Azercell Telecom BM 2004-cü il martın 15-dən iyunun 15-dək “Dost-tanış, güzəştlə danış” adı altında keçəcək SimSim abonentləri üçün nəzərdə tutulmuş yeni fantastik kampaniya başlayır.

Bu kampaniyaya qoşulan hər bir SimSim abonenti 08:00-dan 24:00-dək sevimli SimSim və ya Azercell nömrəsinə zəng etdiyi zaman 50 faizlik (!) güzəşt alır! Sevimli nömrə abonentin özü tərəfindən seçilir (seçilmiş nömrə yeddirəqəmli olmalıdır, məsələn, 310-XX-XX), bunun üçün onu qısa mesaj şəklində 8080 nömrəsinə göndərmək lazımdır.

Əgər mesaj düzgün göndərilibsə, abonent, cavab olaraq, dərhal bunu təsdiq edən mesajı alır, əks halda abonentə səhv barədə mesaj gəlir.

8080 nömrəsinə mesajın göndərilməsi 100 kontur təşkil edir.

Qeyd edək ki, abonentin pre-paid (SimSim) nömrəsindən post-paid (Azercell) nömrəsinə keçməsi zamanı kampaniyanın təsiri dayanır. Abonentin SimSim-ə təkrarən keçidiyi təqdirdə kampaniyanın aktivləşdirilməsi üçün yenidən qısa mesajı 8080 nömrəsinə göndərmək lazımdır.

Azercell Telecom BM-nin hər bir abonenti özü üçün yalnız bir “sevimli nömrəni” seçə bilər, və bu halda həmin abonent üçün 1 kontur 2 saniyəyə bərabər olur! Bundan əlavə 10 saniyədən qısa zənqlər üçün 10 kontur hesablanma qaydası tətbiq edilmir.

Xidmətlərin keyfiyyətinin fasiləsiz olaraq artırılması və tariflərin endirilməsi strategiyasına sadiq qalaraq Azercell Telecom öz abonenlərinin maraqlarını hər şeydən üstün tutur. Azercell Telecom BM öz abonentlərinə ən yaxın olan insanla daha əlverişli şəraitdə və daha uzun vaxt ərzində ünsiyyətdə olmaq üçün bu cür gözəl imkanı verməyə çox şaddır. Şübhəsiz ki, şirkət abonentləri operatorun növbəti aksiyasını yüksək qiymətləndirəcək və böyük məmnuniyətlə yeni imkanlardan istifadə edəcəklər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr