Azərbaycan dilindəIn EnglishПо-русски

“Yarıbayarı” 2004-cü ilin sonuna qədər uzadılıb!

Bakı, 05 may 2004

Azərbaycanın aparıcı mobil rabitə operatoru Azercell Telecom BM “Yarıbayarı” kampaniyasının müddətini 2004-cü ilin sonuna qədər uzadıb.

Operatorun abonentləri arasında böyük populyarlıq qazanmış 2003-cü il yanvarın 6-da başlamış və əvvəlcə 3 ay müddətinə nəzərdə tutulmuş “Yarıbayarı” kampaniyası Azercell Telecom tərəfindən dayandırılmamışdır. Beləliklə, kampaniya bir ildən artıqdır ki, fəaliyyət göstərir.

Azercell Telecom yenə də abonentlərinə öz danışıqlarını ikiqat aşağı qiymətlərlə ödəmək imkanını təqdim etdi.

“Yarıbayarı” kampaniyası çərçivəsində operatorun şəbəkəsində 00:00-dan 08:00-dək zəng edən bütün Azercell Telecom abonentləri (SimSim və Azercell: Ekonom, Standart, Biznes abonentləri) danışıq qiymətinin cəmi 50%-ni ödəyirlər.

Azercell Telecom BM öz abonentlərinin mobil rabitə xərclərinin azaldılması üçün hər bir imkandan istifadə etməyə çalışır. Bununla belə təqdim olunan xidmətlərin həcmi daima artır, yüksək keyfiyyət isə dəyişməz olaraq qalır.

Bütün abonentlərinin tələblərini ödəmək məqsədilə Azercell Telecom BM “Yarıbayarı” ya oxşar kampaniyaların sayını artırmaq niyyətindədir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr