Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom BM — Hər zaman və hər yerdə keyfiyyətli rabitə

Bakı, 05 may 2004

Azərbaycanın mobil rabitə lideri Azercell Telecom BM 7 ildən artıqdır ki bazarda fəaliyyət göstərir. Yarandığı ilk gündən Azərbaycanın şanvari rabitə sahəsinin inkişafına milyonlarla sərmayə qoyaraq və ən müasir texnologiyaları tətbiq edərək, operator fəal surətdə inkişaf etməyə başlamışdır. Bu zəhmət istifadəçilər tərəfindən tam mənada qiymətləndirilmişdir — yüz minlərlə abonent operator kimi məhz bu şirkəti seçmişdir.

Penetrasiya

Hazırda Azercell Telecom BM-nin abonentlərinin sayı 900 000 nəfərdən artıqdır. Beləliklə də, Azercell Telecom BM penetrasiya göstəricisinə görə (abonentlərin əhalinin ümumi sayına olan nisbəti) bütün MDB məkanının mobil rabitə operatorları arasında ilk mövqeləri tutur.

Əhatə dairəsi

Hazırda Azercell Telecom BM-nin əhatə dairəsinə ölkə ərazisinin 71%-i, əhalinin isə — 96%-i daxildir. Bu gün Azercell Telecom-un filialları Naxçıvan, Gəncə, Quba, Şəki, Masallı və Azərbaycanın başqa şəhərlərində fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in əhatə dairəsinə Bakı Metropoliteninin bütün stansiyaları daxildir.

Beynəlxalq şəbəkə

Mobil rabitə artıq uzun zamandır ki, nəinki telekommunikasiya sahəsinin, eləcə də ümumilikdə bütün iqtisadiyyatın ən əsas sahələrindən birinə çevrilib. Azərbaycan Respublikası iqtisadiyyatının keçid dövrünü yaşayan bütün ölkələr kimi, dünyanın siyasi və iqtisadi sisteminə inteqrasiya etməsi istiqamətində hərəkət edir. Bununla əlaqədar olaraq, beynəlxalq rabitənin inkişafı böyük strateji əhəmiyyət daşıyır. Bu gün Azercell Telecom BM-nin abonentləri Avropa, Asiya, Amerika, Afrika ölkələrində mobil rabitə xidmətlərindən faydalana bilər (Azercell Telecom BM-nin tarifləri ilə). Təkcə 2003-cü il ərzində Azercell Telecom BM 17 ölkədən olan 45 operatorla rouminq sazişləri bağlayarag, bu günə qədər dünyanın artig 87 ölkəsi və 188 operatoru ilə bu sahadə fəal əməkdaşlıq edir.

İnvestisiyalar

Azərbaycan bazarında 7 illik fəaliyyəti ərzində Azercell Telecom BM Azərbaycan iqtisadiyyatına 239.661.487 ABŞ dolları həcmində sərmayə yatırıb. Təkcə keçən il ərzində bu sərmayələrin həcmi 30.035.869 ABŞ dolları təşkil edib.

Vergi ödənişləri

Azercell Telecom BM Azərbaycanın ən iri vergi ödəyicilərindən biridir. Təkcə 2003-cü ildə Azercell Telecom BM 26.509.263 ABŞ dolları həcmində vergi ödəyib. 7 il ərzində bu rəqəm 93.805.897 ABŞ dolları təşkil edib.

Xidmətlər çeşidi

Azercell Telecom BM-nin fəaliyyətinin strateji istiqamətlərindən biri göstərdiyi xidmətlərin çeşidini yaxşılaşdırmaq və genişləndirməkdir. Hazırda Azercell Telecom BM-nin təqdim etdiyi ən yüksək dünya sandartlarına cavab verən xidmətlərin sayı 50-dən artıqdır. Azercell Telecom BM tərəfindən təqdim olunan yeni xidmətlər dərhal abonentlər arasında böyük populyarlıq qazandı. Bunların arasında — WebOdəməCELL, Zəngetcell, HazirMesajCELL, OdeməCell, KimZəngEtmisCell, 101 CELL, Infocell, 6979 — ArtMesajCell, 6090 — Fun Mesaj Cell kimi xidmətlər var. Artıq 49.871 Azercell və 110.375 Sim-Sim abonenti Ön masa xidmətinin istifadəçiləri olub. Regional ofislərdə xidmət göstərilmiş abonentlərin sayı 96.000 nəfər olub. Bu gün müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsini özü üçün ən prioritet vəzifə sayan Azercell Telecom BM-nin satış şəbəkəsini 11 distribütor, 197 diler, 555 sub-diler və 4.250 satış məntəqəsi təşkil edir. Abonentlərə göstərilən xidmətlərin müasir standartlara uyğun olmasını əks etdirən göstərici — Azercell Telecom BM-nin Müştərilər Xidmətinin fəaliyyətidir. Təkcə 2003-cü il ərzində Bakı şəhərində telefon mərkəzi vasitəsilə Azercell abonentlərinə 315.348, Sim-Sim istifadəçilərinə isə 1.814.360 xidmət göstərilmişdir.

Tariflərin endirilməsi

2003-cü ildə Azercell Telecom BM “Yarıbayarı” kampaniyası çərçivəsində saat 00:00-dan 08:00-dək həyata keçirilən danışıqların qiymətini 50% endirmişdir. “Yarıbayarı” kampaniyasının müddəti 2004-cü ilə qədər uzadılmışdır. Sim-Sim kontur kartlarının dəyəri 10—15% endirilmişdir. Bağlı nömrələrin aktivləşməsi qiyməti ləğv olunmuşdur. Beynəlxalq danışıqların dəyəri 30% endirilmişdir. Rouminq depozitinin qiyməti 58%-ə qədər endirilmişdir. Beynəlxalq danışıqlar üzrə depozit tamamilə ləğv olunmuşdur.

Ödəmə məntəqələri

Abonentlərin rahatlığı üçün bütün Azərbaycan üzrə ödəmə məntəqələri açılmışdır. Hazırda ödəmələri 76-dan artıq ödəniş məntəqələrində həyata keçirmək olar. Azercell Telecom BM-nin ödəmə məntəqələrinin şəbəkəsi Azərbaycan Respublikasının bütün iri şəhərlərini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir, bu da, ümumilikdə, bütün şəhərlərin 80%-ni təşkil edir. Azərbaycanda ilk dəfə olaraq Azercell Telecom BM öz Post-Paid abonentlərinə faktura ödənişlərini (avans) bankomatlar vasitəsilə həyata keçirməyə imkan verib. Azercell abonentlərini faktura ödənişi ilə maneəsiz təmin etmək məqsədilə ölkə ərazisində 230 ödəniş məntəqəsi açılıb.

İşçi heyəti

Azercell Telecom BM-nin əməkdaşları bu şirkətə layiq olmağa və Azercell Telecom BM-nin yüksək imicini qorumağa çalışır. Hazırda Azercell Telecom BM-də 350 nəfər işləyir. 2000-ci ildə Azercell Telecom BM “Keyfiyyətin İdarəolunması Sistemini” yaratmışdır. 2000-ci ilin dekabrın 7-də Azercell Telecom BM İSO 9001 Beynəlxalq Standartının uyğunluq sertifikatını almışdır. Bu, Azercell Telecom BM-nin əməkdaşlarının yüksək peşəkarlığının nəticəsidir. 2003-cü ildə Azercell Telecom BM “İlin xeyriyyəçisi” adına layiq görülmüş və “Qrand” mükafatı ilə təltif edilmişdir, eləcə də operator “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında “Uğur-2003” Milli Mükafatının sahibi olmuşdur.

Priz kampaniyaları

2003-cü ildə Azercell Telecom öz abonentlərini möhtəşəm priz kampaniyaları ilə sevindirmişdir. Bu kampaniyalar çərçivəsində Azercell Telecom BM-nin abonentləri 4 PEUGEOT markalı avtobilin, 40 kompüter və Azeronline şirkətindən 1 illik məhdudiyyətsiz internetin, 400 Siemens A60 markalı mobil telefon, 400 ventilyatorun, 44.444.444 manat həcmində Extra Sim Priz və 4.000.000 manat həcmində 3 pul mükafatının sahibi olmuşdur. Noyabrın 1-dən dekabrın 31-dək mobil telefonlarına 1500 və ya 3000 kontur yükləyən abonentlərin balansına müvafiq olaraq əlavə 200 və 300 pulsuz kontur yüklənirdi. Daha çox kontur yükləyən abonentlərin balansına isə əlavə olaraq 500 kontur yüklənirdi. 2004-cü ilin yanvar ayında pulsuz konturlar 545.518 abonentin mobil telefonuna yüklənmişdir.

Xeyriyyəçilik və sponsorluq

Azercell Telecom BM ölkənin ictimai həyatında fəal iştirak edir. Xeyriyyəçilik fəaliyyəti, elmi-praktik konfransların təşkili, görkəmli incəsənət xadimlərinə dəstəyin göstərilməsi, kitabların nəşri və s. operatorun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. 2003-cü ildə Azercell Telecom BM-nin maliyyə dəstəyilə keçirilmiş tədbirlər arasında:

  • “Ümid Yeri” kimsəsiz uşaqlar evinin əsaslı təmiri, “Ümid Yeri” uşaq evində bayramların təşkilini
  • “Psixoloji Mərkəz” İctimai təşkilatının apardığı tədqiqatlar əsasında “Küçə uşaqları: sosioloji və psixoloji portret” kitabının nəşrini
  • 1-ci sinif şagirdlərinin məktəb ləvazimatları ilə təmin olunmasını
  • 52-ci texniki konfransın Azərbaycan Dövlət Neft Akademiyasnıda keçirilməsini
  • Dənizkənarı parkda yenidənqurma işlərini
  • 1-ci Bakı Milli Turizm Festivalının keçirilməsini

sadalamaq olar. Azercell Telecom BM Azərbaycanın estrada, opera və rəqs ulduzlarına hərtərəfli dəstək göstərir, bunların arasında Fidan və Xuraman Qasımova bacılarını, Alim Qasımov, Murad Adıgözəlov, Zülfiyyə Xanbabayevanı, “Şərq Ulduzları” uşaq ansamblını və bir çox başqalarını saymaq olar.

Gələcək planlar

Azərbaycanın mobil rabitə bazarının şərtsiz lideri olan Azercell Telecom BM müvəffəqiyyətin inkişafına can atır. Carı ilin sonunadək Azercell Telecom BM Azərbaycanın iqtisadiyyatına 40.000.000 ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır. Azercell Telecom BM-nin 2004-cü ilə olan planlarına gəlincə isə, o, xidmətlərinin çeşidini fəal şəkildə artırmağı, eləcə də xidmətlərin istifadəçi maraqlarına yönəldilməsini, şəbəkəsinin genişləndirilməsini və ölkənin ictimai həyaında fəal işirak etməyi nəzərdə tutur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr