Azərbaycan dilindəIn EnglishПо-русски

GPRS texnologiyasi — mobil rabitənin azərbaycanda yeni üfüqləri

Bakı, 05 may 2004

  • Üçüncü nəsil texnologiyalarinin tətbiqi üçün azercell telecoma artiq bir addim qalib
  • GPRS — artiq azərbaycandadir
  • Azercell Telecom: GPRS-in Azərbaycanda tətbiqi mobil rabitənin yeni inkişaf səviyyəsi deməkdir

Azərbaycan bazarında ən son texnologiyaların tətbiqində, eləcə də ən müasir xidmətlərin göstərilməsində liderlik məhz Azərbaycanın mobil rabitə bazarının aparıcı operatoru Azercell Telecom BM-inə məxsusdur.

Hər birimiz üçün artıq adiləşmiş xidmətlərin, demək olar ki, hamısı respublikada ilk dəfə olaraq məhz Azercell Telecom tərəfindən tətbiq olunmuşdur.

Operator ən çətin layihələrə belə cəsarətlə başlayaraq onları uğurla həyata keçirməklə öz abonentlərinin imkanlarını maksimal dərəcədə genişləndirir.

Mobil rabitə Azərbaycanda iqtisadiyyatın ən sürətlə inkişaf edən sektorlarından biridir. Penetrasiya üzrə (mobil rabitənin əhali arasında yayılması səviyyəsi) ölkəmiz artıq çoxdandır ki, MDB ölkələri arasında aparıcı yerlərdən birini tutur. Hazırda Azərbaycanda mobil rabitə istifadəçilərinin ümumi sayı 1 mln. 200 minə yaxındır.

Həqiqətən də, mobil rabitənin gələcək inkişaf perspekivləri hər birimiz üçün ən mühüm mövzudur.

Hər gün ölkədə minə yaxın insan mobil şəbəkələrin abonenti olur. Mobil telefon artıq çoxdandır ki dəbdəbə deyil. İmkanlarından maksimal istifadə etmək məqsədlilə istifadəçilər operatorlarının xidmətlərinə, telefonlarının funksiyalarına daha çox diqqət yetirməyə başlayıblar.

Son vaxtlar biz multimediya məlumatlarının GPRS vasitəsilə ötürülməsi haqqında daha tez-tez eşidirik. Mobil rabitə operatorları bizə istədiyimiz yerdə, məsələn, yayda isti ofisdə yox, çay kənarında, ağacların kölgəsində işləmək imkanını vəd edirlər. Avtomobil tıxaclarında gözləmə zamanı isə görün, nə qədər iş görmək olar! Görəsən, aramızda elə bir insan varmı ki, İnternetə simsiz yüksək sürətli çıxış əldə etmək imkanı onun xəyalından keçməsin? Bunların hamısı GPRS-dir. GPRS nədir?

GPRS — General Packet Radio Services kimi açıqlanır. Bu, mobil rabitə şəbəkələrində məlumatların simsiz paket şəklində ötürülməsi texnologiyasıdır. Hər şey aşağıdakı kimi baş verir: GPRS sistemindən istifadə zamanı məlumat paketlərə bölünərək efirə ötürülür, paketlər bu zaman istifadə olunmayan səsli kanallara keçir, bir neçə kanalın eyni zamanda istifadəsi isə məlumatların ötürülməsinin yüksək sürətlərini təmin edir.

Əslində GPRS üçüncü nəsil şəbəkələrinin işlədiyi prinsiplərə əsaslanır, bu, elə indi alına biləcək və artıq satışda olan bir çox telefonların dəstəklədiyi yeni imkanlardır.

Bu amili nəzər alaraq, öz abonentləri üçün ən müasir xidmətləri tətbiq edən Azərbaycanın mobil rabitə bazarının lideri Azercell Telecom BM yerli bazarda (Azərbaycanda ilk dəfə!) yeni GPRS sisteminin tətbiqinə başlayıb.

GPRS-in köməyilə çox sərfəli tarif sistemi ilə (xətdə olma müddəti yox, qəbul olunmuş/ötürülmüş məlumatın həcmi ödənilir) istehlakçını təmin edəcək sürətlə İnternetə çıxış imkanı yaranacaq (hətta simli xətlərin iş rejimindən daha tez və abonentin yerləşdiyi yerdən və şəbəkənin yüklənməsindən asılı olaraq adi GSM şəbəkələrində məlumatların ötürülməsindən tez). Yəni GPRS sisteminin köməyilə İnternetdə WEB-səhifənin baxılması zamanı səhifədə olanları lazım olan qədər öyrənmək imkanı yaranacaq, çünki İnternet şəbəkəsində keçirilən vaxt yox, yalnız qəbul olunan informasiya ödənilir (məlumatları ötürmədən biz şəbəkə kanallarını məşğul etmirik).

GPRS İnternet-provayderə zəng etmədən dərhal xidmətlərə çıxışı təmin edir. GPRS texnologiyası daha böyük həcmli məlumatların, videotəsvirlərin, rəqəmli fotoşəkillərin, elektron poçtun, MP-3 standartlı musiqili faylların və digər multimediya məlumatının daha tez qəbul edilməsinə və ötürülməsinə imkan verəcək. Beləliklə, GPRS artıq bütün dünyada tanınmış daha bir son texnologiyanın — multimediya mesajları texnologiyasının, demək olar ki, avtomatik müvəffəqiyyətini təmini edir.

WAP — brouzerli telefonların rahatlığını artıq qiymətləndirmiş abonentlər üçün GPRS texnologiyasının tətbiqi — WAP — səhifələrin telefonun ekranında, demək olar ki, ani yüklənməsi və daha rahat tarif sistemi deməkdir.

Bununla yanaşı, GPRS sistemi işçilərin müəssisələrin korporativ şəbəkələrinə, informasiya serverlərinə, uzaqlaşdırılmış məlumat bazalarına təhlükəsiz və sürətli çıxışının təmin olunması üçün əla vasitəyə çevrilə bilər.

GPRS texnologiyası telemetriya sistemlərində də istifadə oluna bilər: cihaz ayrıca kanalı məşğul etmədən daim qoşulu qala bilər. Rabitənin fasiləsiz olması — GPRS texnologiyasının ən əsas xüsusiyyətlərindəndir. GPRS-i dəstəkləyən və müvafiq mobil şəbəkənin əhatə dairəsində olan hər bir telefon daim on-line rejimində qalır (ayrılmış xətdə olduğu kimi). Belə xidmətə təhlükəsizlik xidmətlərində, bankomatlara qoşulmaq üçün banklarda və s., o cümlədən sənaye sahələrində tələbat ola bilər.

GPRS sisteminin tətbiqi, sözsüz ki, yerli bazarda bu sistemi dəstəkləyən telefonların, o cümlədən PDA-GSM/GPRS-terminalların çeşidini artıracaq.

Bununla əlaqədar olaraq, Azərbaycan bazarında müasir mobil telefonların çeşidinin maksimal genişləndirilməsi sahəsində Azercell Telecom BM-nin böyük zəhmətini xüsusi olaraq qeyd etmək lazımdır. Əsasən məhz Azercell Telecom sayəsində hazırda bazarda mövcud olan mobil telefonların təxminən 250 modelinin 100-dən çoxunun “menyusunda” GPRS funksiyası mövcuddur, özü də onların dəyəri orta hesabla $150 bərabərdir.

Azercell Telecom-un baş meneceri Sərdar Canoğullarının sözlərinə görə, “GPRS — şəbəkələrin əsas infrastrukturunun üçüncü nəsil rabitə vasitələrinə çevrilməsinə doğru atılan addımlardan biridir. Gələcəkdə artıq mövcud olan gücü istifadə etməklə və GPRS-in proqram-aparat kompleksini getdikcə artırmaqla biz 3G şəbəkələrini qura bilərik”.

Hazırda Azərbaycanda ən çox istifadə olunan qeyri-səsli xidmət, şübhəsiz ki, SMS-dir (qısa mesaj xidməti). Bundan başqa, telefon vasitəsilə informasiya xidmətlərinə olan maraq kifayət qədər tez artır, istənilən nöqtədən əlverişli tariflərlə İnternetə dərhal çıxış isə işgüzar aləmdə artıq bir zərurətə çevrilir.

Qeyd etmək lazımdır ki, GPRS sistemi fəaliyyəti daim hərəkətlə bağlı olan (nəqliyyat, poçt və s.) şirkətlər tərəfindən kifayət qədər geniş istifadə olunur.

Ekspertlərin fikrincə, Azercell Telecom-un tətbiq edəcəyi GPRS sistemi vasitəsilə xarici nəqliyyat və poçt şirkətləri öz İKT sistemlərini tətbiq etmək, və bununla da, göstərilən xidmətlərin səviyyəsini xeyli qaldıraraq, Azərbaycanın bütün ərazisində öz infrastrukturunu yarada bilmək imkanını qazanacaq. Əldə olunmuş məlumata görə, Azercell Telecom Azərbaycanda GPRS sisteminin inkişafına 3 mln. 700 min dollar yatırmaq niyyətindədir.

GPRS-in tətbiqi artıq mövcud olan xidmətləri daha effektiv və funksional etməyə imkan verməklə, tamamilə yeni xidmətlərin tətbiqinə gətirib çıxaracaq. S. Canoğullarının qeyd etdiyi kimi, tarif siyasətinin müəyyən olunması zamanı dünya təcrübəsi nəzərə alınacaq.

Yeni xidmətin tətbiq olunmasından sonra Azərbaycan öz mobil şəbəkələrində GPRS yeni nəsil standartını istifadə edən növbəti MDB dövlətinə (Rusiya, Ukrayna, Belarus, Qazaxıstandan sonra) çevriləcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr