Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom BM yeni "Loto Mesaj" uduş kampaniyasına start verdi

Bakı, 01 oktyabr 2004

Azercell Telecom BM 1 oktyabr 2004-cü il tarixindən etibarən öz abonentləri üçün yeni "Loto Mesaj" uduş kampaniqasına başladi!

Qeyd edək ki, bu uduş kampaniyasi Azərbaycan Respublikası ərazisində tirajlı lotereyalar formasında, "Lotereyalar haqqında" Qanununa uyğun keçirilir.

"Loto Mesaj" kampaniyasında iştirak etmək- çox sadədir: hər bir "Azercell" abonenti MesajCELL xidmətindən istifadə edib qısa mesajları istənilən ünvana göndərərək (InfoCELL on SMS (7000), ZəngEtCELL (7700), HazırMesajCELL (7080) və Dil seçimi (0 və 9103300) xidmətlərinin qeyd olunan nömrələri istisna olmaq şərti ilə) kampaniyanın iştirakçısına çevrilir. Beləliklə, siz istədiyiniz adama mesaj göndərdikdə, avtomatik olaraq "Loto Mesaj"in iştiralçısına çevrilirsiniz. Əlavə heç nəyə ehtiyaç yoxdur!

Kampaniya ərzində tirajlar Azercell tərəfindən təşkil olunub və hər həftənin şənbə günü saat 11:00-da AzTV-1 kanalında yayımlanacaq. "Loto Mesaj" kampaniyası 12 tirajdan ibarət olaraq, aşağıda qeyd olunan tarixlərdə keçiriləcək: 09.10.2004, 16.10.2004, 23.10.2004, 30.10.2004, 06.11.2004, 13.11.2004, 20.11.2004, 27.11.2004, 04.12.2004, 11.12.2004, 18.12.2004, 25.12.2004. Hər bir Azercell abonenti həftə ərzində göndərdiyi qısa mesajlara bərabər sayda tirajda iştirak edir.

Hər tirajda 111 (bir yüz on bir) nömrə qalib elan edilir.

  • Birinci yer — 1 (bir) abonent, uduşu 10.000.000 (on milyon) manat;
  • İkinci yer — 10 (on) abonent, uduşu 2.000.000 (iki milyon) manat;
  • Üçüncü yer — 100 (bir yüz) abonent, uduşu 200.000 (iki yüz min) manat.

Qaliblər uduşları Azercell Ekspres ofislərindən 05.05.05 tarixinə qədər ala bilərlər. Bunun üçün qalib (şəxsiyyətini təsdiq edən sənədlə) və ya qalibin nümayəndəsi (səlahiyyətini təsdiq edən sənədlə) hər hansı bir Azercell Ekspres ofisinə yaxınlaşıd, telefonuna daxil olmuş bildiriş mesajını göstərir.

Azercell Ekspres ofisləri Bakı şəhərində aşağıdakı ünvanlarda yerləşir:

  • Səməd Vurğün küçəsi 114;
  • Neftçilər prospekti 91;
  • Səid Rüstəm küçəsi 3/6;
  • Rəşid Behbudov küçəsi 10;
  • Əhmədli, Sarayev küçəsi 23/24.

"Loto Mesaj" kampaniyası 25 dekabr 2004-cü il tarixinə kimi davam edəcək. Azercell bu kampaniya haqqında məlumatları Kütləvi İnformasiya Vasitələrində rəsmi elanlar vasitəsi ilə açıqlayır və həmçinin İnternetdə www.azercell.com ünvanında yerləşən veb-saytında yerləşdirilməsi və müntəzəm yenilənməsini təmin edir.

Əlavə məlumat üçün: Telefon: 490-49-49, mobil: 2002, 490-52-52, mobil: 6565.

Bütün Azercell abonentlərinə "Loto Mesaj" da uğurlar!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr