Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell-in tarif paketində şok yeniliklər!

Bakı, 20 oktyabr 2004

Azercell Telecom BM-i öz abonentlərinə ödənişsiz əlavə danışıq və qısa mesaj göndərmək imkanı qazandırır.

Ölkəmizin lider mobil rabitə operatoru bu dəfə Azercell fakturalı xətt abonentlərini sevindirməyi qərara alıb. Bundan sonra Azercell-in “Ekonom”, ”Standart” və ”Biznes” paketininin istifadəçiləri əlavə pul ödəmədən daha çox danışa və qısa mesaj göndərə biləcəklər.

Beləlıklə Yeni tarif paketi Azercell fakturalı xətt abonentlərinə hər ay abonent haqqı müqabilində əlavə danışıq vaxtı və qısa mesaj hədiyyə edir. Hədiyyəmiz vaxtdır-qiyməti yoxdur!

Azercell-in “Standart” paketinin müştəriləri abonent haqqı çərçivəsində hər ay 25 dəqiqə danışıq vaxtı və 50 qısa mesaj qazanacaqlar. Hədiyyə “Ekonom” və “Biznes” paketinin istifadəçilərinə da təqdim olunur. Yeni hədiyyəli tarif paketi qüvvəyə mindikdən sonra “Ekonom” paketin sahibləri indiyə kimi ödədikləri abonent haqqı çərçivəsində əlavə 10 dəqiqə danışıq vaxtı və 25 qısa mesaj, “Biznes” paket sahibləri isə müvafiq olaraq 50 dəqiqə danışıq vaxtı və 100 qısa mesaj göndərmək imkanı qazanacaqlar.

Yeni tarif paketi, fakturası hər ayın 25-nə qədər olan (hesablaşma günü nəzərdə tutulur) abonentlər ücün 25 oktyabr 2004-cü il tarixindən, fakturası hər ayın 5-nə kimi davam edən abonentlər üçün isə 5 noyabr 2004-cü il tarixindən etibarən qüvvəyə minir. Hesablaşma günündən asılı olaraq və göstərilən tarixdən etibarən, abonentlər güzəştli danışıq vaxtı və əlavə qısa mesajdan həmin ay maksimum istifadə edərək, növbəti aya saxlamamalıdırlar. Pulsuz danışıq vaxtı və qısa mesajlar şəbəkədaxili danışıqlara tətbiq olunur.

Yuxarıda sadalanan güzəşt və hədiyyələr tətbiq olunduqdan sonra Azercell Telecom BM-nin tariflər paketi aşağıdakı çədvəldə göstərildiyi kimidir:

Ölkədaxili zənglər

Paketin adı Aylıq abonent haqqı (manatla) Azercell və SimSim abonentlərinə zənglər (manatla) Digər yerli operatorlara zənglər(manatla)
Yeni və hədiyyəli
Ekonom 24600 — 10 dəqiqə danişiq vaxtı
— 25 qısa mesaj
738 1230
Standart 49200 — 25 dəqiqə danişiq vaxtı
— 50 qısa mesaj
492 1230
Biznes 98400 — 50 dəqiqə danişiq vaxtı
— 100 qısa mesaj
492 1230

Qeyd:

  • Qiymətlər 1 dəqiqə üçündür. Hesablama intervalı 1 dəqiqədir.
  • Qiymət AZM ilə göstərilib.

Azercell Telecom BM-i beynəlxalq danışıq tariflərində isə digər dəyişikliklər edib. Şirkətin bu addımı abonentlərin arzu-istəklərini nəzərə alaraq, beynəlxalq tariflərin xeyli endirilməsinə və bütün növ tarif paketlərinin sadələşdirməsinə yönəlıb. Bundan sonra yalnız pik və qeyri-pik saatlarını saxlamaqla kifayətlənən Azercell, vahid tarif cədvəli tətbiq edir, Yeni beynəlxalq tariflərdəki endirim və dəyişiklikləri aşağıdakı cədvəldə görmək mümkündür:

Beynəlxalq tarifləri

MDB və Baltikyanı ölkələrə zənglər İran və Türkiyəyə zənglər Avropa ölkələrinə zənglər Amerika və digər ölkələrə zənglər
Pik saatlar Qeyri-pik saatlar Pik saatlar Qeyri-pik saatlar Pik saatlar Qeyri-pik saatlar Pik saatlar Qeyri-pik saatlar
2645 1984 4552 3414 5314 3986 6840 5130

Qeyd:

  • Qeyri-pik saatlar hər gün 00-08 arasıdır. Biznes Ekstra paketlinde 22-07 arasidir.
  • Qiymətlər 1 dəqiqə üçündür. Hesablama intervalı 1 dəqiqədir.
  • Qiymət AZM ilə göstərilib.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr