Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telecom bm-in 235 roуminq sazişi!

Bakı, 11 aprel 2005

Azərbaycanın mobil rabitə bazarının lideri — Azercell Telecom BM öz abonentlərinin beynəlxalq rabitəyə çıxış imkanlarını genişləndirməkdə davam edir. Şirkət daha bir operatorla — ABŞ-ın “Cincinnati Bell Wireless” şirkəti ilə Beynəlxalq Rouminq sazişi bağlayıb.

ABŞ-ın Azərbaycanın strateji müttəfiqi, eyni zamanda bu ölkənin fövqəladə siyasi-iqtisadi güc mərkəzi olduğunu nəzərə alsaq, onunla yeni rouminq müqaviləsinin imzalanmasını olduqca əhəmiyyətli hesab etmək olar. Yeni Beynəlxalq Rouminq sazişi ölkələrimizin siyasi və iqtisadi əlaqələrini daha da rahatlaşdıracaq, onların inteqrasiyasında yardımçı olacaq.

Qeyd edək ki, bu, Azercell Telecom BM-in ABŞ operatorları ilə sayca 15-ci rouminq sazişidir. Şirkət bu ölkə ilə 1999-cu ilin iyul ayından etibarən tərəfdaşlıq edir.

İstənilən mobil rabitə şirkətinin öz rouminq partnyorlarının sayını fasiləsiz artırması onun nüfuzundan və əhatə dairəsinin daim genişlənməsindən xəbər verir. Azercell Telecom BM isə bu günə kimi artıq 105 ölkənin mobil rabitə operatorları ilə 235 rouminq sazişi imzalayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr