Azercell-dən yenİ “GizətCELL+”!Bakı, 05 may 2005 Bakı şəhər 30 sentyabr 2005. Azərbaycanın mobil rabitə biznesinin lideri öz abonentlərinin rahatlığı üçün “GizlətCELL” xidmətini modernləşdirib. “GizlətCELL+” adlanan bu xidmət ölkədə ilk dəfə Azercell tərəfindən tətbiq olunur. Çıxan zənglər zamanı mobil nömrəsinin gizlədilməsini istəyən abonentlər indi yalnız boş mətnli qısa mesaj göndərməklə “GizlətCELL+” xidmətini müəyyən vaxt ərzində aktiv etmək imkanı qazanırlar.
Abonent başqa bir abonent üçün də “GizlətCELL+” xidmətini aktivləşdirə bilər. Bununçün mesajın mətnində həmin abonentin nömrəsini yazaraq, 9001 (24 saat) və ya 9007 (168 saat) nömrələrinə göndərmək lazımdır. Bu haqda məlumat və “GizlətCELL+” xidmətini aktivləşdirən abonentin nömrəsi həmin abonentə SMS vasitəsilə çatdırılacaq.
Xidmət 24 (9001 nömrəsi) və ya 168 saat (9007 nömrəsi) üçün aktivləşdirilir. Bu vaxt başa çatdıqdan sonra xidmət avtomatik olaraq passivləşir.
“GizlətCELL+” xidmətinin tarifləri göndərilən SMS-ə görə hesablanır.
Xidmətin aktiv olunması tarifləri isə onun vaxtından asılıdır. Məsələn, xidmətin 24 saatlıq, yəni 1 sutka aktiv olması (9001 nömrəsi vasitəsilə) SimSim(GəncSim) abonentlərinə 50 kontura, Azercell abonentlərinə isə 1000 manata (ƏDV xaric) başa gələcək.
Xidmətin 168 saat yəni 7 gün aktiv olması (9007 nömrəsi vasitəsilə) SimSim (GəncSim) abonentlərinə 300 kontura, Azercell abonentlərinə isə 6000 manata (ƏDV xaric) başa gələcək.
“GizlətCELL+” xidmətini başqa abonentə hədiyyə olaraq aktivləşdirmək üçün də eyni tarif tətbiq olunur. Bu halda xidmətin aktivləşdirilməsinə görə onu hədiyyə edən şəxs mənsub olduğu abonent paketinə uyğun olaraq kontur və ya pul ödəyir.
Azercell hər zaman olduğu kimi, müasir və ölkəmizdə analoqu olmayan xidmət növləri ilə öz abonentlərini sevindirməkdədir. Yeni texnologiya və avadanlıqlar vasitəsilə ən müasir xidmətlərin istifadəyə verilməsi Azercell-in mobil rabitə biznesində lider olduğunu bir daha təsdiq edir. Bu liderlik isə onun 1.500.000 nəfərlik abonent ailəsinə GSM texnologiyasının ən müasir xidmətlərindən istifadə etməyə və onlardan yararlanmağa imkan yaradır. Azercell Telekom MMC Mətbuat Xidməti |