AZERCELL-dən daha bir rouminq müqaviləsiBakı, 28 iyun 2005 Tacikistanın “MeqaFon”(North-West) mobil operatoru ilə 2001-ci ildən etibarən rouminq sazişi olan Azercell Telekom BM bu ölkənin daha bir operatoru — “Somoncom” (İndigo Tajikistan North) şirkəti ilə beynəlxalq rabitə barədə saziş imzaladı. Bunula, Azərbaycanın aparıcı mobil rabitə operatoru — Azercell Telekom BM öz abonentlərinin beynəlxalq rabitəyə çıxış imkanlarını Tacikistanda daha da genişləndirdi. Azercell Telekom BM-in öz rouminq partnyorlarının sayını fasiləsiz artırması mobil rabitənin insanların həyatının müxtəlif sahələrinə, o cümlədən biznesə inteqrasiya olunmasına yardım edir. Bu isə öz növbəsində, xaricdə olan işgüzar insanlara geniş keyfiyyətli rabitə imkanlarının verilməsi deməkdir və onların rahatlığına zəmanətdir. Ümumilikdə, bu günə gədər Azercell Telecom BM 105 ölkənin mobil rabitə operatorları ilə 236 rouminq sazişi bağlayıb. Operatorun “RoamCell” xidməti, dünyanın istənilən nöqtəsində biznesə və istirahətə olduqca gözəl imkan yaradır. Yüksək etibarlı mobil rabitə dünya ölkələri arasında beynəlxalq iqtisadi və siyasi əlaqələrin inkişafının ayrılmaz hissəsidir. Bu baxımdan Azercell Telekom BM-in beynəlxalq rabitənin inkişafındakı xidməti əvəzsizdir. Azercell Telekom MMC Mətbuat Xidməti |