İlk GPRS/MMS rouming xidməti Azercell-dənBakı, 04 iyul 2005 Azərbaycanın mobil rabitə bazarının lideri – Azercell Telekom BM rouminq xidmətlərinin çeşidini artırmaq istiqamətində növbəti önəmli addımını atıb. Ölkəmizin mobil rabitə sistemində ilk dəfə olaraq Azercell tərəfindən GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Tətbiq olunan rouminq xidmətinin bu yeni növü Azercell Telekom BM-i və Turkiyənin aparıcı mobil operatoru Turkcell arasında imazalanmış müqavilə əsasında tətbiq olunmağa başlayıb. Bu xidmət Türkiyədə olan Azercell abonentlərinə Turkcell-in şəbəkəsinə qoşularaq GRPS/MMS xidmətindən istifadə etmək imkanı yaradır.
Yeni rouminq xidmət növünün 1KB üçün qiyməti 0,014 ABŞ dolları dəyərində müəyyən olunub. Minimum hesablama 100 KB ölçüsündədir. Yəni bu xidmətdən istifadə edən abonent ilk istifadə etdiyi 100 KB-a qədər olan müddət üçün 1,48 ABŞ dolları, yüzdən artıq olan hər 1 KB üçün 0,014 ABŞ doları ödəməlidir.
Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dost və qardaş ölkədir. Türkiyə Azərbaycanı həm də beynəlxalq arenada birmənalı dəstəkləyən yeganə dövlətdir. Ölkələrimiz arasında iqtisadi münasibətlər də dinamik inkişafdadır. 2004-cü ilin yekunlarına görə Azərbaycan-Türkiyə xarici ticarət dövriyyəsinin həcmi 407,5 mln. ABŞ dolları təşkil edib. Bu isə Azərbaycanın ən intensiv xarici ticarət əlaqəsi qurduğu ilk 4 ölkədən birinin Türkiyənin olması deməkdir.
Azercell və Turkcell arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti işgüzar və istirahət səfərində olanların daha rahat və geniş çeşiddə xidmət almasına yardım edəcək. Sıx rabitə əlaqələri və yeni-yeni xidmətlər ölkələrimizin daha da yaxınlaşmasına imkan yaradacaq. Azercell Telekom MMC Mətbuat Xidməti |