Azərbaycan dilindəIn EnglishПо-русски

“Çək!”

Bakı, 07 iyul 2005

Azercell Telecom BM-in himayəsi ilə Milli Parkda uşaqlar arasında “ÇƏK!” Asfalt Üzərində Rəsm Müsabiqəsi keçirilib. Tədbir Gənclər, İdman və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılıb. Müsabiqədə Bakının müxtəlif məktəblərindən 250-yə qədər şagird iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azercell-in nümayəndəsi Nigar Şıxlinskaya-Əliyeva müsabiqə iştirakçılarını və qonaqları salamlayaraq, gənc rəssamlara şirkət adından uğurlar arzulayıb. Daha sonra Gənclər, İdman və Turizm nazirinin müavini İntiqam Babayev çıxış edərək vurğulayıb ki, müsabiqə Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunsa da, uşaqlarla bağlı istənilən tədbir həmişə bayram hesab edilir. O, müsabiqənin keçirilməsinə görə ölkəmizin mobil rabitə biznesinin liderinə və sosial sərmayələr layihələrinə daima dəstək verən Azercell-ə öz təşəkkürünü bildirib.

Sonra uşaqlar rəngli təbaşirlərlə “Biz azərbaycanlıyıq!” mövzusunda fantaziyalarını işə saldılar. Milli Parkın asfaltı bir anda milli bayrağımız, dəniz, səma, günəş, Qız qalası, əl-ələ tutmuş uşaq rəsmləri ilə bəzəndi. Tanınmış rəssamlardan ibarət münsiflər heyəti, qalibləri müsabiqənin şərtlərinə uyğun olaraq üç yaş qrupunda aşağıdakı kimi qiymətləndirib.

Beləliklə 7-9 yaş qrupunda I-III yerləri müvafiq olaraq Nəzrin Məmmədova, Aytən Nuriyeva, Rəna Qasımzadə, 10-12 yaş qrupunda Günay Bəylərova, Almaz Abdullayeva, Nərgiz Zeynalova, 13-15 yaş qrupunda Əlhüseyn Bağırov, Ceyhun Kazımov və Nərgiz Rəhmanova tutublar. Üçüncü yerin qaliblərinə molbert və peşəkar rəsm dəsti hədiyyə edilib. İkinci yerin qalibləri mobil telefon qazanıblar. Birinci yeri tutanların hədiyyəsi isə fərdi kompüter olub. Bütün iştirakçılara sertifikat verilib.

Başa çatan müsabiqə Azercell-in uşaqlar üçün təşkil etdiyi coxsaylı tədbirlərdən biri idi. Azercell-in daima dostluq etdiyi uşaqları irəlidə hələ çoxlu maraqlı müsabiqələr və lahiyələr gözləyir. Azercell uşaqlara öz istedadlarını üzə çıxarmaq və duyğularını ətrafdakı insanlara çatdıra bilmələri üçün öz dəstəyini bundan sonra da əsirgəməyəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr