Azərbaycan dilindəIn EnglishПо-русски

“Canim Məmləkətim” konserti gəncədən başladi

Bakı, 26 iyul 2005

Azercell Telekom BM-in növbəti layihəsi olan “Milyonların kampaniyası!” uğurla davam etməkdədir. Qeyd edək ki, 1 iyul 2005-ci il tarixindən start götürən bu kampaniya 30 sentyabr 2005-ci il tarixinədək davam edəcək.

“Milyonların kapmpaniyası!” çərçivəsində minlərlə hədiyyə və danışıq konturları ilə yanaşı, respublikanın əməkdar artisti Zülfiyyə Xanbabayevanın bölgələrə “Canım məmləkətim” adlı konsert turnesi də nəzərdə tutulub. Kampaniya çərçivəsində 6 konsert planlaşdırılıb ki, onun da birincisi 22 iyul 2005-ci il tarixində böyük təntənə ilə Gəncə şəhərində keçirildi.

Azercell Telekom BM-in böyük diqqəti nəticəsində düzənlənən bu xalq konserti, təşkilatçılıq baxımından dünya standartlarına uyğun şəkildə həyata keçirildi. Müğənni səyyar qrim otağı, səyyar səhnə, işıq və səs qurğuları, sahəsi 100 kv.m olan səhnə ilə təmin olundu. Konserti yüksək səviyyədə təşkil etmək üçün yaradıcı heyət böyük əmək sərf etdi. Konsertdən bir gün əvvəl Zülfiyyə Xanbabayeva yerli televiziya kanallarının birinin — “Kəpəz” TV-nin qonağı oldu. O, canlı yayımla çıxış edərək bütün Gəncə əhlini sabahkı konsertə dəvət etdi. Gəncə mahalını seyrə çıxan müğənni və yaradıcı heyət, milli sərvətlərimizdən olan “Göy göl” qoruğuna da səfər etdi.

Konsert proqramı 21.00-da Heydər Əliyev meydanında başladı. Tədbirdə 80 mindən çox tamaşaçı toplaşmışdı. Müğənni bir-birinin ardınca 25 musiqi parçası səsləndirdi. Azercell Telekom BM-in “Lider TV”də yayımlanan “Milyonların Kampaniyası” oyununda bütün Gəncə əhli iştirak etdi. Uduşlu kontur şifrəsini də tamaşaçı dalğası müəyyənləşdirdi. 80 minlik tamaşaçı kütləsi bir yerdə stop düyməsini basaraq “Milyonların Kampaniyası” lotereyasında iştirak edən 222 Azercell abonentinin ikisi bir anda 20 milyon manatın sahibi etdi.

Konsert zamanı Zülfiyyə Xanbabayeva “Sual” musiqi qrupu ilə bir duet ifa etdi. “Todes” rəqs qrupu davamlı olaraq səhnədə müğənnini öz rəqsləri ilə müşayiət edirdi. Son olaraq Zülfiyyə Xanbabayeva öz mahnılarından ibarət popuri ilə çıxış edib, tamaşaçıların səbirsizliklə gözlədiyi “Azərbaycan” mahnısı ilə konserti bitirdi. Musiqi səslənən zaman Gəncənin Heydər Əliyev adına meydanını atəşfəşanlıq bürüdü. 80 mindən çox tamaşaçı bir ağızdan bu mahnını ifa etməyə başladı. Azercell Telekom BM-in və Zülfiyyə Xanbabayevanın birgə hazırladıqları konsert 3 saatdan çox davam etdi.

Bütün Azərbyacan xalqına xoş əhval ruhiyyə bəxş etmək üçün Azercell Telekom BM kampaniya çərçivəsində ayda iki dəfə olmaqla ölkənin müxtəlif şəhər və bölgələrində respublikanın əməkdar artisti Zülfiyyə Xanbabayevanın iştirakı ilə açıq havada konsert proqramlarını davam etdirəcək. Beləliklə, gözləyin: 5 avqust — Qubada, 19 avqust — Şəkidə, 2 sentyabr — Naxçıvanda, 16 sentyabr — Lənkəranda və nəhayət 30 sentyabr — Bakıda!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr