Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telekom təqdim edir: EDGE Azərbaycanda!

Bakı, 07 noyabr 2005

Azərbaycanın mobil rabitə bazarının lideri — Azercell Telekom BM məlumatların sürətli ötürülməsi infrastrukturunun növbəti, ən müasir EDGE (Enhanced Data rates for Global Evolution) texnologiyası bazasında inkişaf mərhələsini keçir. Respublikada qabaqcıl texnologiyanın sınağı və kommersiya tətbiqini həyata keçirərək, Azercell Telekom BM EDGE texnologiyasında ölkənin hər bir yerində geniş surətdə istifadə olunması üzrə işlərə başlayır.

EGPRS (təkmilləşdirilmiş GPRS) kimi də məlum olan EDGE texnologiyası məlumatlatı mobil şəbəkə ilə ötürülməsi sürətini GPRS-ə nisbətən 4 dəfə artırmağa imkan verir. Azercell Telekom şəbəkəsində keçirilmiş testlərin nəticələrinə əsasən, burada məlumatların 200 kbit/san. sürəti ilə ötürülməsinə nail olunub. Bundan sonra Azercell abonentləri təcrübədə EDGE-nin üstünlüklərini dəyərləndirə biləcəklər: sürətli melodiya və fotoşəkillər mübadiləsi, WAP və digər müasir xidmətlərin qüsursuz işi buna dəlalət edəcək. Bu zaman heç bir əlavə quraşdırma tələb olunmur — EDGE — dəstəkli yeni telefon modelləri avtomatik olaraq GPRS əvəzinə EDGE seçirlər!

Mobil İnternet və digər servislər EDGE-nin köməkliyi ilə daha yaxşı işləyir, qiymətlər isə GPRS-lə işləyərkən olduğu kimidir. Qabaqcıl texnologiyaları inkişaf etdirərək, Azercell Telekom yalnız mövcud xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqla kifayətlənmir, həm də abonentlərinin gələcəkdə real üstünlüklər almasını təmin edir. Axı EDGE Azərbaycanda hələlik fantastika sayılan perspektivli servislərə - mobil videotelefoniya, yeni mobil kontent növləri və digər maraqlı yeniliklərə yol açır!

Layihə çərçivəsində 2005-ci ilin sonuna qədər EDGE Azercell Telekom-un xidmət göstərdiyi ərazinin Bakı və Abşeron yarımadası hissəsini tam əhatə edəcək.

2006-ci ildə respublikanın çoxsaylı şəhər və qəsəbələri, hava limanı və istirahət zonalarını bütünlüklə EDGE ilə əhatə olunmasını təmin etmək planlaşdırılır. 2007-ci ildə EDGE Azercell Telekom-un Azərbaycanda xidmət göstərdiyi ərazinin 100%-də işləyəcək.

EDGE-nin planlı surətdə tətbiqi operatorun yeni baza snatsiyalarının inşası ilə birlikdə həyata keçiriləcək. EDGE-nin tətbiqi ilə Azercell Telekom GPRS-in güzəştli kommersiya istismarı dövrünü başa vurdu və hər iki xidmət üçün vahid tarif müəyyən etdi. Lakin bunubla bərabər, operator xidmətlərin tarifikasiya intervalını 50 KB-dan 10 KB-a qədər azaltdı!

Beləliklə, 2005-ci il noyabrın 1-dən EDGE və GPRS-dən istifadə tarifləri belədir:

  • Azercell abonentləri: 10 KB = 50 AZM/0.01 AYM (yeni manat) (ƏDV xaric)
  • SimSim:10 KB = 3 kontur
  • Gənc Sim 10 KB = 2 kontur

EDGE Azercell Telekom BM-in şəbəkəsində:

  • Azərbaycanda öz abonentlərinə EDGE texnologiyası ilə məlumatların sürətli ötürülməsi imkanlarından istifadəyə yol açmış ilk mobil operator Azercell Telekom BM oldu.
  • Hal-hazırda yerli bazarda müxtəlif istehsalçıların (Nokia, Sony-Ericsson, Motorola və b.) 30-а yaxın EDGE dəstəkli mobil telefon modelini əldə etmək olar. Modellərin sırası daım genişlənir və istehsalçıların proqnozlarına görə, 2006-ci ildə yeni telefon modellərinin əksəriyyəti EDGE-ni dəstəkləyəcək.
  • Bu yay keçirilmiş testlərin nəticələrinə görə, mütləq çoxluq təşkil edən hallarda Azercell Telekom BM şəbəkəsində məlumatların ötürülməsinin daha yaxşı sürət və keyfiyyət göstəriciləri qeydə alınıb. Bu, EDGE-nin tətbiqi nəticəsində mümkün olub!

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr