“Azercell” regionlarin sosial-iqtisadi inkişafına öz töhfəsini verdi: Şamaxıda ”Azercell Ekspress“ məntəqəsi açıldı!Bakı, 25 noyabr 2005 Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” BM bölgələrdə yaşayan abonentlərinə tam xidmət göstərmək üçün özündə Satış, Ödəmə və Müştəri Xidmətləri kimi üç funksiyanı birləşdirən “Azercell Ekspress” məntəqələrinin açılışına başladı. Respublikanın 6 şəhər və rayonunda fəaliyyət göstərəcək məntəqələrin birincisi Şamaxıda istifadəyə verildi. Şamaxı şəhərində məntəqənin rəsmi açılış mərasimi Şamaxı rayon icra hakimiyyətinin başçısı Natiq Məmmədov və “Azercell Telekom” BM-in baş müdiri Serdar Canoğullarının iştirakı ilə keçirildi.
Serdar Canoğulları mərasim iştirakçılarının qarşısında çıxış edərək, 27 avqust 2004-cü il tarixində Bakıda ilk “AZERCELL EKSPRESS” ofisinin açılışını tam xidmət səviyyəsi olaraq “Azercell Telekom”un fəaliyyətində yeni səhifə kimi qiymətləndirdi. Xatırladaq ki, həmin vaxtdan Bakıda abonentlərin ixtiyarına 5 xidmət mərkəzi verilib. “Azercell Ekspress” təkcə Azərbaycanda deyil, hətta MDB ölkələrində indiyə qədər analoqu olmayan bir servis formasıdır. Satış, Ödəmə və Müştəri Xidmətlərinin bir arada olması rahatlıqla yanaşı, həm də abonentlər üçün VAXTA QƏNAƏT deməkdir. Serdar Canoğulları öz çıxışında bildirdi ki, Şamaxıda “Azercell”in 12 minə yaxın abonenti, 2 diler, 6 subdiler, 60 ədəd danışıq kartı satış nöqtəsi və Beynəlxalq Bankda ödəmə məntəqəsi var. Bu “Azercell Telekom” üçün çox dəyərli nailiyyətlərdir. Digər “Azercell Ekspress”lərimiz Bərdə, Ağdaş, Mingəçevir, Şəmkir və Lənkəranda çox qısa bir zamanda istifadəyə veriləcək. Baş müdir şirkəti bu münasbiətlə təbrik etdi və yeni açılan “Azercell Ekspress” ofislərinə uğurlu fəaliyyət arzu etdi.
Beləliklə, “Azercell” öz abonentlərinə yalnız Bakıda deyil, həm də əyalətlərdə müasir xidmət göstərmək və öz abonentlərinin rahatlığını təmin etmək üçün daha bir nümunə göstərdi. Ölkənin rabitə sektoruna son yeniliklər və müasir standartlar gətirən müəssisə burada da birinci oldu. “Azercell” regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verdi. Regionlarda “Azercell Ekspress” ofislərinin açılışı həm də yeni iş yerləri və bölgələrin büdcələrinə əlavə vəsait deməkdir. Azercell Telekom MMC Mətbuat Xidməti |