ElanBakı, 06 dekabr 2005 "Standard İnsurance" Sığorta Şirkəti ilə satınalma müqaviləsinin imzalanması.
16 dekabr 2005-ci il tarixində Azercell Telekom MMM" BM-nin "Əmlak üzrə Bütün Risklərin, Elektron Avadanlıq üzrə Bütün Risklərin (o cümlədən artmış istismar xərcləri), Biznes Fəaliyyətinin dayandırılmasının Sığortası, Ümumi Məsuliyyətin Tam Sığortası, Yüklərin Sığortasından ibarət olan Birləşdirilmiş Sığorta Paketi Proqramı"nın alınması üçün keçirilən açıq tenderdə "Standard İnsurance" Sığorta Şirkəti tərəfindən təqdim edilən 817.000 (səkkiz yüz on yeddi min) ABŞ dolları qiymətində olan təklif "Azercell Telekom MMM" BM-si tərəfindən qəbul olunub və tərəflər arasında eyni qiymət ilə müvafiq yekun satınalma müqaviləsi imzalanıb. Azercell Telekom MMC Mətbuat Xidməti |